Bu deputatın mandatı ləğv edildi (Foto)
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Milli.Az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayevin deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.
Ali Məclisin deputatı Qəzənfər Abdullayevin müraciəti qanunvericiliyə uyğun qaydada Mərkəzi Seçki Komissiyasında araşdırılıb və onun mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.
Naxçıvan Mərkəzi Seçki Komissiyası Qəzənfər Abdullayevin ərizəsini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 01 Oktyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















