Icma.az
close
up
RU
Bu, dəqiq penaltidir Bünyamin Gezer Qarabağ ın epizodu barədə

Bu, dəqiq penaltidir Bünyamin Gezer Qarabağ ın epizodu barədə

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən "Atletik Bilbao" - "Qarabağ" oyununun 72-ci dəqiqəsində baş verən mübahisəli penalti epizodu müzakirə mövzusuna çevrilib. Qarşılaşmanın baş hakimi İqor Payaçın qəti olaraq onbirmetrlik cərimə zərbəsini təyin etməməsi birmənalı qarşılanmayıb.

Əvəzində künc zərbəsi təyin edən xorvatiyalı referi heç VAR-a müraciət etməyə də ehtiyac görməyib.

Sportal.az xəbər verir ki, "Teleqraf" məsələ ilə bağlı təcrübəli, sabiq FIFA referilərininin fikrini öyrənib. Agentliyə danışan Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu bildirib ki, epizod birmənalı olaraq penaltidir:

"Qarabağ"ın futbolçusu topa oynayır, rəqib oyunçu isə ayağını uzadır, amma gecikdiyi üçün topa toxuna bilmir. Silvanın sol ayağının dabanına, həm də sol ayağının yuxarı hissəsinə təmas görürəm. Açığı, oyuna baxmamışdım, siz təqdim etdiyiniz epizodda elə bildim ki, baş hakim penalti təyin edib. Bu epizodda "Atletik"in futbolçusu rəqibinin sol ayağının daban hissəsinə təmas edir. İspaniyalı futbolçu rəqibinə təmas etdiyi üçün onu büdrədir. Futbolçu topa müdaxilə üçün gecikmişdi".

Hazırda "A Spor"un eksperti kimi çıxış edən Mustafa Çulcu İqor Payaçın VAR-a getməməsini isə belə şərh edib:

"VAR-da İvan Bebek olub. Hansı ki, illər öncə "Fənərbağça"nın oyununda rəzil hakimliyi ilə yadda qalmışdı. "Qarabağ" səfərdə "Benfika"nı, evdə "Kopenhagen"i məğlub etdi - 2 oyuna 6 xal. Onda sual verirlər ki, nə baş verir? "Qarabağ"ın qarşısını almaq üçün digər bir xorvatiyalı İqor Payaçı göndərdilər. "Qarabağ" kimi komandalar təkcə meydanda yox, meydandan kənarda da güclü olmalıdırlar".

Türkiyəli digər sabiq FIFA referisi Bünyamin Gezer də epizodu penalti kimi dəyərləndirib:

"Burada əlavə şərhə ehtiyac yoxdur. Bu, dəqiq penaltidir. Bu məqamda VAR müdaxilə etməliydi".

Qeyd edək ki, sözügedən epizod qeydə alınanda "Atletik" 2:1 hesabı ilə öndə olub. Penalti təyin edilsəydi, Ağdam klubu çətin Bilbao səfərindən xalla qayıda bilərdi. Matçın 88-ci dəqiqəsində isə daha bir qol vuran meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://sportal.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri