Icma.az
close
up
RU
Əhalinin NƏZƏRİNƏ! Bu dərmanlar pulsuz verilə bilər

Əhalinin NƏZƏRİNƏ! Bu dərmanlar pulsuz verilə bilər

Icma.az, Bizim media saytına istinadən bildirir.

Növbəti ildən etibarən ölkəmizdə icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən xidmətlərin dairəsi daha da genişlənəcək.
Belə ki,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin planına əsasən, 2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.
Bu məlumat isə cəmiyyətdə ən çox ehtiyac duyulan, amma bahalı və əlçatan olmayan dərmanların təminatı ilə bağlı sualları gündəmə gətirib.
Hansı dərmanlar ödənişsiz verilə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən professor Aqil Qeybulla bildirib ki, əslində bu məsələ icbari tibbi sığortadan əvvəl də gündəmdə olub və hökumətin müvafiq qərarları var:

“Hələ İcbari Tibbi Sığortadan əvvəl Nazirlər Kabinetinin qərarı mövcud idi. Həmin qərara əsasən, nadir xəstəliklərin müalicəsində istifadə olunan bəzi dərmanlar xəstələrə pulsuz verilir. Bu dərmanlar dövlət strukturlarında qeydiyyatdan keçmiş, diaqnozu təsdiq olunmuş xəstələrə təqdim olunur. Ən çox isə immunoterapiya və target terapiyası üçün istifadə olunan bahalı preparatlar bu kateqoriyaya daxildir”, - deyə ekspert bildirib.
Professor əlavə edib ki, dərman təminatının sığorta paketinə daxil edilməsi xüsusilə uzunmüddətli müalicəyə ehtiyacı olan xəstələr üçün həyati əhəmiyyət daşıyır:
“İcbari Tibbi Sığorta paketinə daxil edilən dərmanlar əsasən müalicə prosesində xəstəyə təyin olunur. Lakin ambulator müalicədə xəstənin həmin dərmanları uzun müddət qəbul etməsi tələb olunur. Bu isə əlavə yük yaradır. Çünki elə xəstəliklər var ki, insan ömrünün sonuna qədər həmin dərmanlardan istifadə etməyə məcburdur. Ona görə də İTS paketində bu məqam mütləq nəzərə alınmalıdır”.
Mütəxəssislərin sözlərinə görə, xüsusilə xroniki xəstəliklərin, onkoloji və nadir xəstəliklərin müalicəsində istifadə edilən bahalı dərmanların sığorta paketinə daxil edilməsi cəmiyyətin ən böyük gözləntilərindəndir.
Aygün Hüseyn, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Avqust 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri