Icma.az
close
up
RU
Bu dəyişiklik cibinizə təsir edəcək: Yeni qayda nələri dəyişir?

Bu dəyişiklik cibinizə təsir edəcək: Yeni qayda nələri dəyişir?

Icma.az, Milli.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi ilə bağlı qərar qüvvəyə minib. İnterçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından (ekvayrinq) banklar tərəfindən bölünür və loyallıq proqramları (keşbek) üçün istifadə olunur.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, kart ödənişləri üzrə komissiyalara limit tətbiq olunması ilk növbədə sahibkarların xərclərinin azalmasına xidmət edir.

Onun sözlərinə görə, xüsusilə kiçik və orta biznes subyektləri üçün POS-terminal əməliyyatlarına görə ödənilən komissiyaların aşağı salınması nağdsız ödənişlərin qəbulunu daha cəlbedici edə bilər:

"Bu addım sahibkarların gəlirlərinin bir hissəsinin komissiya xərclərinə yönəlməsinin qarşısını alır və eyni zamanda nağdsız hesablaşmaların daha da genişlənməsinə şərait yaradır".

İqtisadçı qeyd edib ki, kəşbeklərin gələcəyi ilə bağlı müəyyən dəyişikliklər istisna deyil. O bildirib ki, bankların kart əməliyyatlarından əldə etdikləri gəlirlərin bir hissəsi məhz bu komissiyalar hesabına formalaşır:

"Komissiya gəlirlərinin azalması bəzi bankların kəşbek proqramlarına yenidən baxmasına, faizləri azaltmasına və ya kampaniyaların şərtlərində dəyişiklik etməsinə səbəb ola bilər. Lakin bu, avtomatik və məcburi proses deyil".

A.Nəsirlinin sözlərinə görə, kəşbeklərin taleyi hər bir bankın biznes strategiyasından, müştəri siyasətindən və digər gəlir mənbələrindən asılı olacaq.

Vurğulayıb ki, yeni qaydaların sahibkarlar üçün əsas üstünlüyü əməliyyat xərclərinin azalmasıdır:

"İstehlakçılar üçün isə əsas məsələ bankların bu dəyişikliklərə necə reaksiya verəcəyidir. Kəşbeklərin azalması ehtimalı mövcud olsa da, bunun hansı səviyyədə olacağını yalnız bankların gələcək qərarları göstərəcək".

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 İyun 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri