Azərbaycanda qüvvəyə minən yeni qayda nələri dəyişəcək?
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda yerli spirtli içki istehsalçılarının rüsumsuz ticarət mağazalarına (“Duty-Free”) təqdim etdiyi məhsullar üçün ƏDV və aksiz vergisi tətbiqində yeni qayda qüvvəyə minib.
“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, bu növ əməliyyatlar artıq sıfır (0) faiz dərəcəsi ilə vergiləndirilir.
Məlumata görə, 2026-cı il yanvarın 1-dək vergi ödəyiciləri tərəfindən rüsumsuz ticarət mağazalarına təqdim olunan mallara görə ümumi qaydada ƏDV və aksiz vergisi hesablanaraq dövlət büdcəsinə ödənilirdi. Lakin Vergi Məcəlləsinin 165.1.3-cü və 187-ci maddələrinə edilən yenilikdən sonra ölkə ərazisində istehsal olunan və rüsumsuz ticarət mağazalarında satılması üçün xüsusi nişanı olan aksizli malların, o cümlədən spirtli içkilərin təqdim edilməsi həm ƏDV, həm də aksiz vergisi üzrə 0 dərəcəyə cəlb olunur. Dominos pizza
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 Oktyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















