Icma.az
close
up
RU
Bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” Deputatdan Novruz açıqlaması

Bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” Deputatdan Novruz açıqlaması

Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.

Azərbaycan xalqının milli-mənəvi dəyərləri arasında Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilib, inancları nəsillərdən nəsillərə ötürülüb.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Novruz bayramının əsas xüsusiyyətlərindən biri cəmiyyəti birləşdirərək ümumi dəyərlərə və ənənələrə olan bağlılığı gücləndirməsidir: “Novruz bəşəriyyətin ümumi dəyərlərinə - sülhə, dostluğa və həmrəyliyə xidmət edir, bu xüsusiyyətləri ilə insanların birliyini və həmrəyliyini əks etdirən yüksək mənəvi dəyərlərin təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “...Bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Deputat xatırladıb ki, Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi və bununla da beynəlxalq səviyyədə rəsmən tanınması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində baş tutub:

"Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin növbəti Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Bu qərarın qəbul olunmasında Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevin müstəsna rolu və əməyi olub. 2016-cı ildə isə İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulublar. Novruz bayramı həm də Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür və milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümüdür”.

S.Salmanova bildirib ki, Novruz həm də xeyrin şər üzərində qələbəsini simvollaşdırır: “Biz 2020-ci ildə bu simvolu həyatımızda, Zəfər tariximizdə yaşadıq. Hələ 1998-ci ildə müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Bu gün Azərbaycan xalqı öz ali hədəfinə çatıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Şanlı Zəfərdən sonra dövlət başçısının iştirakı ilə Novruz bayramı həm də işğaldan azad edilmiş ərazilərdə - 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda və 2024-cü ildə Xankəndidə qeyd edildi. Bu ilin martın 18-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Dövlət başçımız və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu bəxş etdi və bundan sonra əbədi olaraq Novruz doğma Vətənimizin bütün ərazisində böyük coşqu və təntənə ilə qeyd olunacaq”.

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicablı qadın uşağı ilə metro relslərinə yıxıldı VIDEO

27 Mart 2025 20:55see390

Bu xərçəng növü soyuqdəymə ilə səhv salınır XƏBƏRDARLIQ

27 Mart 2025 02:04see300

Qız kirayə puluna görə tualetdə yaşayır İNANILMAZ

27 Mart 2025 20:01see258

Messi Braziliya üzərindəki qələbəyə belə reaksiya verdi FOTO

27 Mart 2025 04:42see245

ABŞ Avropanı nüvə çətirindən məhrum edəcəmi? Nyu York Tayms yazır

26 Mart 2025 17:42see211

Yasamal rayonu ərazisində ağaclar MƏHV EDİLİR Nazirlik hərəkətə keçdi

26 Mart 2025 19:45see202

Berlin İstanbula namizəd olacaq

26 Mart 2025 22:46see129

13 yaşlı uşaq ana olubsa, deməli o kənddə… Ekspert

27 Mart 2025 12:00see126

Keçmiş Türkiyə gözəli olan aktrisa saxlanıldı

26 Mart 2025 21:50see124

Sərnişin sıxlığı aradan qaldırılır

27 Mart 2025 13:05see124

Çingiz Əhmədovun oğlu xəstəxanaya yerləşdirildi FOTO

27 Mart 2025 12:24see122

Ağ Ev Kremlin Axilles dabanı nı tapıb, ardıcıl zərbələr endirir: Rusiyanın müqavimət potensialı isə tükənir

27 Mart 2025 00:56see122

Türkiyəli məşhurların bilinməyən xəstəlikləri

27 Mart 2025 01:04see120

Xartum üsyançı silahlı qruplaşmadan tamamilə azad edildi

27 Mart 2025 03:06see120

Millimizin sabiq hücumçusu dubl etdi, komandası qələbə qazandı

27 Mart 2025 01:06see117

Putin: Tramp səmimi şəkildə Ukraynadakı münaqişəyə son qoymaq istəyir

28 Mart 2025 01:28see116

Xəzər geri çəkilir, daha da aktivləşdi Video

27 Mart 2025 01:32see112

Rusiyanı başa düşmürlər Putin

26 Mart 2025 20:53see111

ABŞ ın maliyyə naziri Rusiya əleyhinə sanksiyaların yumşaldılmasını istisna etməyib

27 Mart 2025 00:55see111

Masazırda ər arvadını döydü TƏFƏRRÜAT

27 Mart 2025 13:52see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri