Bu dövlət qurumunun hüquqları genişləndirilir
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hesablama Palatasının hüquqlarının genişləndirilməsi təklif olunur.
“Yeni Sabah” xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, qurum dövlət auditi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılacaq informasiya sisteminə sahiblik edəcək və öz fəaliyyətini həyata keçirərkən həmin sistemdən istifadə edəcək. pizza sifarişi
Bundan başqa, təklif olunur ki, Hesablama Palatasının üzvləri dövlət auditoru hesab edilsinlər.
Məlumat üçün qeyd edək ki, Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir.
Sənəddə Hesablama Palatasının sədrinin səlahiyyətlərinin də genişləndirilməsi təkif olunur.
Dəyişikliklər qəbul olunacağı təqdirdə sədr Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəylərini, hesabatlarını, məlumatlarını və təkliflərini təqdim edə biləcək.
Baxış sayı:69
Bu xəbər 04 İyun 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















