Bu dövlətlər arasında ticarət sazişi
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ və Avropa İttifaqı arasında ticarət gərginliyi fonunda Almaniya ABŞ-la ticarət sazişinin bağlanmasını real hesab etmir. The Wall Street Journalın məlumatına görə, Berlin Vaşinqtonun irəli sürdüyü sərt şərtlər səbəbilə siyasətini sərtləşdirib və mümkün cavab addımlarını nəzərdən keçirir.
Bu barədə News24.az Pravda.ru-ya istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa mallarına 15–20%-lik minimum tarif tələbi irəli sürüb və avtomobil rüsumlarının 25% səviyyəsində saxlanacağını bəyan edib. Almaniya üçün bu qərar xüsusilə həssas sayılır, çünki ölkənin ixracatında avtomobil sektoru önəmli yer tutur.
Avropa Komissiyası artıq 1 avqusta qədər saziş əldə olunmasa, cavab tədbirləri planlaşdırır. Bu tədbirlər arasında ABŞ şirkətlərinə rəqəmsal xidmətlər və dövlət satınalmaları bazarına çıxış məhdudiyyəti də ola bilər.
Almaniya kansleri Fridrix Mers iyulun 9-da ehtiyatlı nikbinlik ifadə etsə də, artan gərginlik və iqtisadi risklərin yenidən dəyərləndirilməsi Berlinin mövqeyində dəyişikliklərin baş verdiyini göstərir.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















