Icma.az
close
up
RU
Bu dünyadan bir qatar da keçdi...

Bu dünyadan bir qatar da keçdi...

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizim Hacıqabul ucqar rayon deyil, Bakıdan məsafəsi yüz kilometr ola, ya olmaya. 

Sovetin vaxtında burada rus-sovet hərbi şəhərciyi və hərbi aerodromu var idi. Bir çox rayonlara gedən böyük avtobuslar (o dövrün məşhur "İkarus”ları) gəlib buralardan keçirdi. Özümüzün dəmiryolu stansiyamız və depomuz var idi. Rayonun böyründən qatarlar hər gün buradan ora, oradan da bura şütüyürdü. 

Hətta bir az yuxarı siniflərdə oxuyanda hərdənbir Bakıya gəlib "Neftçi”nin oyunlarına tamaşa edirdik. Amma yenə də özümüzü böyük dünyadan kənarda hiss və əməlli-başlı darıxır, sıxılırdıq...

Soruşacaqsınız bunları niyə deyir bu adam: Hacıqabulu tanımırıqmı? Səbrli olun, səbəbini indi söyləyəcəm. 

Ötən həftə yazıçı Elçin Əfəndiyev dünyasını dəyişdi və düşündüm ki, bir keçmiş oxucusu kimi bir-iki kəlmə yazmasam olmaz. 

Bilirsiniz, Anar, Elçin, Sabir Əhmədov, Fərman Kərimzadə, bir azca sonra Mövlüd Süleymanlı və digərləri çoxumuzun gəncliyinin yazarları olublar. Bunu inkar edə bilərikmi?..

Rəhmətlik yazıçı Elçinin oxuduğum ilk kitabı "Bu dünyada qatarlar gedir” idi. Kitabın ilk hekayəsi də belə adlanırdı və ucqar bir kənddə yaşayan yeniyetmə Əbili haqqında idi. Bu kəndi böyük dünya ilə bağlayan yalnız hərdən buradan şüyütüb keçən qatarlar idi, hansıların ki ardınca gənc Əbili lap gözdən itənə qədər baxardı. 

Bilirsiniz, onda mən də çox gənc idim və rəhmətlik yazıçı Elçin Əfəndiyevin bu qəhrəmanı ilə özüm arasında bir doğmalıq – yaxınlıq hiss edirdim. Mən də böyük dünya haqqında xəyallar, planlar qururdum, qatarların ardınca baxmasam da nə vaxtsa onlara minib lap uzaqlara gedəcəyimi düşünürdüm.     

Hekayədə elə olur ki, gənc Əbili bir gün kəndə "hələlik” deyib Moskvaya oxumağa gedir, necə ki, mən də məktəbdən sonra Hacıqabulun yeknəsəqliyindən, darıxdırıcılığından qurtulub elə həmin şəhərə təhsil almağa yollandım...

Kitabdakı şirin hekayələrdən biri də "Baladadaşın ilk məhəbbəti idi”. Yenə də böyük dünyadan uzaqda gənc bir oğlan! Hansı ki, sərbrsizliklə payızda əsgər gedəcəyini, böyük dünyaya qovuşacağını gözləyir, amma arada bağa dincəlməyə gələn nişanlı bir qıza vurulur! 

Hər şey bir tərəfə, o vaxt mən ilk dəfə Bakı kəndlərinin qızmar havasını, onun qumlu sahillərini öz canımda-qanımda hiss etdim..

Qərəz, Əbili, Baladadaş, Mirzoppa, Ağabala və b. – bunlar rəhmətlik yazıçının obrazlar qalereyasından yadımda qalanlardır...

Amma sovetin çöküşü, yeni dövlətlərin yaranması bütün senariləri dəyişdi. Minlərlə oxucu kimi mən də ciddi seçim qarşısında qaldım: ya bizim hələ də yazmaqda davam edən keçmiş sovet yazıçılarını və yaranmaqda olan yeni, gənc ədəbi nəsli oxumalı idim, ya da yenicə yaranmış açıqlıq və azadlıqdan istifadə edib dünya ədəbiyyatı sahəsində geriliyimi aradan qaldırmalıydım: axı sovetin dövründəki "İnostrannaya literatura” kimi jurnallar bizim tərəflərə - Hacıqabula gəlib çıxmırdı, mən belə jurnalları ilk dəfə Moskvada gördüm. Hələ onu demirəm ki, sovetlər heç də bütün əcnəbi yazıçıları təqdim etmirdi öz vətəndaşlarına. 

Odur ki, imkan daxilində ədəbi savadsızlığımı aradan qaldırmağa qərar verdim, bizim yazarları demək olar ki, oxumadım. 

Bunun baqşa səbəbləri də var idi. Ən birinci səbəb də budur ki, vaxt da yox idi. Mən həmişə deyirəm: baxın, Nobel komitəsi hər il ədəbiyyat sahəsində də yeni laureatları təqdim edir. Onların çoxunun heç adını da bilmirik. Hətta biləndən sonra da oxumuruq, çünki vaxt, bəli, vaxt çatmır. Həm də oxunulası kitablar təkcə ədəbiyyatdan deyil, kitablar var, lap bizim uşaqlıq filmində - bir "Qalanın sirri”ndə deyilən kimi: "Məni oxumasan, quşların dilini bilməyəcəksən! Məni oxumasan, otların sirrini bilməyəcəksən!” deyir...

Bir etiraf da edim. Mən dəqiq elmlərin adamı olmuşam, düşüncə tərzim də belə qurulubdur. Deyilənə görə, insanlarıın beyin yarımkürələrinin ya sağı, ya da solu inkişaf edir, odur, onlar ya texniki elmlərə, ya da sənətə - ədəbiyyata meylli olurlar. 

Bu səbəbdən də qüsurlu olsa da, şəxsən mən ədəbiyyata estetik - etik fenomen kimi baxmaqdan çox, burada da fikir, məna, məntiq və hətta elmi informasiya axtarmağa çalışmışam. Yazıçı da mənimçün filosof, sosioloq, psixoloqdur, hətta bəzən politoloqdur. 

Odur, bir az qüsurlu olsa da, hətta primitiv yanaşma kimi görünsə də, yazıçının özü və ya savadlı, inandığım tənqidçi - ədəbiyyatrşünas mənə beş–on cümləylə min səhifəlik romanda nə yazıldığını, hansı fikirlər söylənildiyini çatdıranda bu da mənə bəs edir, çünki bir daha deyirəm: primitiv, qüsurlu yanaşma olsa da, yenə də mənim üçün əsas fikirdir, məni yazıçının necə deməyindən çox nə deməyi maraqlandırır. Təkrar ərz edirəm ki, bu, bir oxucunun fərdi yanaşmasıdır, subyektiv baxışıdır...

Rəhmətlik yazıçı Elçinə qayıtsaq, o, sovetlərdən sonra da çox məhsuldur yazdı: eşidirdim, amma çox təssüf ki, oxumamışam. 

Ona görə də Elçin də bir yazıçı kimi yaddaşımda daha çox sovet gəncliyimin bir yazarı kimi qaldı. Burada bizim son sovet ədəbi nəslinin bir xüsusiyyəti haqqında deyim. İnanın, sonradan, tələbəlik vaxtında gördüm ki, milli ucqarlarda daha çox yaradıcılıq azadlığı, ədəbi azadlıq var idi, nəinki, məsələn, mərkəz Moskvada. Əlbəttə, söhbət Soljenitsın, Brodski və b. kimi dissident yazıçılardan, hətta Rıbakov kimi yazıçıların çap olunmamış əsərlərindən yox, necə deyər, rəsmi, icazəli, senzuradan buraxılmış ədəbiyyatdan gedir...

Rəhmətlik Elçin Əfəndiyevin ictimai-siyasi fəaliyyətinə gəldikdə, "Vətən” cəmiyyəti haqqında da eşitmişdik, onun baş nazirin müavini olmasını da bilirdik. Burada daha bir etiraf edim: mən bizim yazıçıların, şairlərin "siyasi həvəsinə” heç vaxt ciddi yanaşmamışam. 

Bəzisi hətta deputat da oldular, amma bundan nəinki ölkə, heç mədəniyyətimiz də ciddi bir şey qazanmadı - bəlkə də düz demirəm, əgər yanılıramsa, səhv edirəmsə, üzrlü sayın. 

Bilirsinizmi, siyasət tamamilə başqa bir sferadır. Siyasətdə də olur: məsələn, NATO-nin Baş katibi var idi - Xavyer Solana. Bu adam fizik, professor idi, deyilənə görə, vaxtında "bərk cisim fizikası” üzrə çox yaxşı da mütəxəssis olmuşdu. 

Amma siyasətə gələndən sonra fizikanı bir tərəfə qoyub peşəkar, çiddi  siyasətlə məğşul olmuşdu. Və yaxud da yazıçı, publisist Vatslav Havel kimi heç də bütün yazıçılar prezident ola bilmirlər.

Odur, rəhmətlik Elçin Əfəndiyev şəxsən mənim yaddaşımda daha çox yazıçı, özü də etiraf edim, istedadlı bir yazıçı kimi qaldı. Allah rəhmət eləsin. Özü demiş: bu dünyada qatarlar gedir...

Hüseynbala Səlimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri