Icma.az
close
up
RU
Bu düyünü Suriyada Rəcəb Tayyib Ərdoğan kəsdi

Bu düyünü Suriyada Rəcəb Tayyib Ərdoğan kəsdi

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"ABŞ prezidenti Donald Tramp yaxın Şərq siyasətini Türkiyə ilə birgə kordinasiya edir. ABŞ prezidenti Donald Trampın Yaxin şərq turnesi fonunda İsrailə səfər etməməsi Benyamin Netanyahu ilə Qəzza, Suriya və İranla bağlı fikir ayrılıqlarından irəli gəlir. Trampın ikitərəfli İranla nüvə danışıqlarını aparması, Suriyada Türkiyənin mövqeyini dəstəkləməsi, ABŞ-ın regionda mövqeyinin güclənməsi ilə nəticələnə bilər".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Ər-Riyyadda Səudiyyənin vəliəhdinin iştirakı ilə Suriya prezidenti Əhməd Əl Şaara ilə Trampın görüşü Vaşinqtonun Yaxın Sərq siyasətində yeni mərhələnin başlanğıcıdır:

"Suriya Yaxın Şərqdə Vaşinqton üçün "düyün" idi. Rusiya və İran Suriyada uzun illər Yaxın Şərqdə ABŞ siyasətini sabotaj ediblər. Bu düyünü Suriyada Rəcəb Tayyib Ərdoğan kəsdi.

Səudiyyədə baş tutan üçtərəfli görüşə Türkiyə prezidenti Ərdoğan onlayn şəkildə qoşulub. Təbii ki, Trampın Əl Şaara ilə görüşünün təşkilini Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub. Aparılan danışıqlar və Trampın Suriya prezidentinə dəstəyini verməsi, Netanyahunun Suriya siyasətini fiaskoya uğratmış oldu. Təbii ki, bu danışıqlardan sonra, ABŞ Suriyaya sanksiyaları aradan qaldırması gözlənilir.

Suriyada bir müddətdir davam edən İsrailin hərbi fəaliyyəti və Druzlardan istifadə etməsi nəticəsiz qalacaq. Məhz Türkiyə prezidenti İsraillə Suriyada hərbi toqquşmadan yayınaraq diplomatik müstəvidə ABŞ-la razılaşma əldə etməsi, Suriyanın bütövlüyünü qorumaqla yanaşı, siyasi hakimiyyətin legitimliyini də tanıtdı.

Hazırda Türkiyə və Səudiyyə Ərəbistanın qarşısında duran əsas strateji plan Qəzzada atəşkəsin əldə edilməsi və Fələstin dövlətinin tanınmasıdır. Tramp Fələstin dövlətinin tanıyacağını səfər öncəsi elan etmişdi. Görünür, Tramp bu kontekstdə Türkiyə və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparıb. Hər iki ölkə Yaxın Şərqdə sabitliyin təmini və Trampın beynəlxalq reytinqinin yüksəlməsi və Nobel sülh nominasiyasina təqdim edilmək üçün Fələstinin tanınması məsələsini inandırıblar. Amma, Fələstinin tanınması Tramp tezliklə qərar verməyəcək.

Demək olar ki, Yaxın Şərqin siyasi nizamınin formalaşmasını Tramp Ərdoğanla birgə həyata keçirir. Məhz PKK tərksilah olunması da proseslərin tərkib hissəsidir".

Vasif ƏLİHÜSEYN 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri