Icma.az
close
up
RU
Bu, ədəbi imitasiyadır Əli Novruzovun hekayəsi niyə alınmayıb?

Bu, ədəbi imitasiyadır Əli Novruzovun hekayəsi niyə alınmayıb?

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Əli Novruzovun "Matsoni" hekayəsi haqqında Orxan İsmayılovun yazısını təqdim edir.


Əli Novruzovun "Matsoni" adlı hekayəsi ilk baxışda müasir minimalizm ruhunda yazılmış sadə məişət səhnəsi təsiri bağışlayır. Lakin diqqətlə yanaşdıqda bu yazının həm struktur baxımından zəif qurulduğu, həm də ideya-məzmun baxımından kifayət qədər bəsit və əsaslandırılmamış bir parçaya çevrildiyi görünür.

Ədəbi əsərin əsas dayaqlarından biri olan süjet xətti "Matsoni"də demək olar ki, yoxdur. Hekayə boyunca bir adamın köşkdən qatıq almağa getməsi, bankaları evdə unutması və satıcının ona bir neçə cümlə ilə cavab verməsi kimi gündəlik və bədii dəyər daşımayan məqamlar əsərin bütün mətnini təşkil edir. Belə bir süjet kasadlığı hekayənin məqsədi və mesajı ətrafında ciddi suallar doğurur. Sual: bu hadisənin ictimai, psixoloji və ya estetik dəyəri yoxdursa, bu mətn niyə yazılıb?

Hekayədəki dialoqlar yazıçının sadəlik adı altında süni olaraq heç nə demədən nəsə deməyə çalışmaq cəhdindən başqa bir şey deyil. Mətn oxucunu nə düşündürür, nə də emosional bir reaksiyaya səbəb olur. Bu, bədii məqsədsizlikdir.

Hekayədəki “matsoni” (qatıq) simvol kimi təqdim oluna bilər. Bəzi oxucular bu qatığın “istehlak”, “köhnə dəyərlərə bağlılıq” kimi simvolik anlamlar daşıdığını düşünə bilər. Amma müəllifin bu simvolu dərinləşdirmək üçün heç bir təşəbbüs göstərməməsi, onu kontekstə oturtmaması, sadəcə fon kimi istifadə etməsi bu ehtimalı zəiflədir.

Hekayədə ən çox təkrarlanan, diqqət yetirilən məqam hər kəsin matsoni almaq üçün əl-ayağa düşməsidir. Bu məqam sanki hansısa ideyanın simvoluna çevrilmək istəyir. Lakin kontekstdə heç bir fikir, heç bir dönüş, heç bir ironiya təqdim edilmədiyindən bu epizodlar sadəcə absurd təkrara çevrilir. Ədəbi ironiyanın olması üçün gərginlik və dərin məna lazımdır – bu isə hekayədə yoxdur.

Əsərin dili kifayət qədər yaxşı səviyyədə olsa da, bu üslub öz sadəliyindən yararlana bilmir. Sadə üslub güclü psixoloji müşahidə və metaforik dərinliklə birləşəndə təsirli olur. Burada isə sadəlik, sadəcə dilin funksional olmasına gətirib çıxarır. Bədii obrazlılıqdan, təsvir gücündən və daxili ritmdən əsər-əlamət yoxdur.

Əgər hamı matsoni üçün hərəkətə keçirsə, deməli, ya qıtlıq var, ya da kütləvi çaşqınlıq. Amma yazıçı bunların heç birini göstərmir. O, sadəcə bunu deyir və keçir. Ədəbiyyat isə bu qədər səthi olmamalıdır.

Ümumilikdə, “Matsoni” hekayəsi bütövlükdə müasir ədəbi mühitində geniş yayılmış bir tendensiyanın – “ədəbi mətn yazmadan ədəbi mətn yazmağı göstərmək” cəhdinin tipik nümunəsidir. Bir növ, mətn özünü ədəbiyyat kimi təqdim edir, amma mahiyyət etibarilə, içində ədəbiyyat adına az şey vardır. Başqa sözlə, bu, ədəbi imitasiyadır.

“Ekspo 2025”də Azərbaycan Milli Günü təşkil olunub "Naxçıvan" TV-nin sədri vəzifəsindən azad edildi “Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri