Icma.az
close
up
RU
“Bu edilməsə, itlər daha da çoxalacaq”

“Bu edilməsə, itlər daha da çoxalacaq”

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Masazır və Xırdalan ərazisində sahibsiz itlərin çoxalmasının bir neçə əsas səbəbini görmək mümkündür”.
Bunu heyvan hüquqları üzrə müdafiəçi  İlahə Aslanova Demokrat.az-a açıqlamasında deyib.
O deyib ki, bu ərazilər son illər sürətlə genişlənən yaşayış massivləridir və tikinti sahələrinin çoxluğu heyvanların təbii yaşayış yerlərini daraldıb:
“İnsanlar tərəfindən tərk edilən ev itləri küçələrə çıxıb və çoxalma prosesi nəzarətsiz qalıb. İkinci bir səbəb kimi, bu bölgələrdə sığınacaq və sterilizasiya proqramlarının yetərsizliyini göstərmək olar. Çox vaxt bələdiyyələr yalnız itləri toplamaqla məşğul olur, amma onların qısırlaşdırılması və yenidən təhlükəsiz ərazilərə buraxılması sistemi işlək deyil. Həmçinin, bir çox sakinlər itləri məsuliyyətsiz şəkildə tərk edir və bu, problemin davamlı olmasına səbəb olur. Qida tullantılarının çoxluğu da həmin ərazilərdə itlər üçün cazibə yaradır”. 
İ.Aslanova qeyd edib ki, heyvanlar instinktiv olaraq yem tapdığı yerə toplanır:
“Bu məsələdə cəmiyyətin də məsuliyyəti böyükdür, çünki insanlar sahibsiz itlərə qarşı empatiya deyil, qorxu və aqressiya ilə yanaşır. Halbuki humanist yanaşma, maarifləndirmə və sterilizasiya kampaniyaları problemin əsas həll yoludur. İtləri toplamaq deyil, onların çoxalmasının qarşısını almaq əsas məqsəd olmalıdır. Əks halda bu hal təkcə Masazırda yox, digər ərazilərdə də təkrarlanacaq”.
Leyla Turan 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri