Bu, əhalinin gəlirlərinin və yığımlarının dəyərsizləşməsinin qarşısını alır Baş bankir
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi 12 aylıq inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır. Məlum olduğu kimi, aşağı və stabil inflyasiya səviyyəsi əhalinin gəlirlərinin və yığımlarının dəyərsizləşməsinin qarşısını alır. Bu investisiya qoyuluşlarını da dəstəkləməklə iqtisadi aktivlik üçün əlverişli şərait yaradır. Növbəti ildə iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz iqtisadi artımın isə 5,1 faiz ətrafında olacağı proqnozlaşdırılır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. O bildirib ki, 2025-ci ildə də makroiqtisadi sabitliyin əsas lövbəri məzənnə sabitliyi olacaq:
"Bu səbəbdən pul siyasətinin ötürücülüyündə məzənnə kanalının başlıca rol oynayacağı gözlənilir. Tədiyyə balansının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amil olaraq qalır. Mərkəzi Bank monetar şəraitin uçot dərəcəsi vasitəsilə tənzimlənməsi üçün sərəncamında olan bütün alətlərdən istifadəni davam etdirəcək".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Noyabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















