Icma.az
close
up
RU
Xalqbank ın rəhbəri kimdir? VİDEO, FOTO

Xalqbank ın rəhbəri kimdir? VİDEO, FOTO

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

General Bəylər Eyyubovun qohumlarının son aylar həbsi və ya vəzifədən azad olunması istər-istəməz diqqəti onun yaxın ətrafına, o cümlədən biznes sahələrinə yönəldir.

Mia.az xəbər verir ki, Əyyubovun qardaşı oğlu Ruslan Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılması, digər qardaşı oğlunun isə Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi Həsən Eyyubovun postundan uzaqlaşdırılmasından sonra onun yaxın ətrafında narahatlıq yaranıb.

Məlumata görə, Bəylər Əyyubovun çətiri altında olan"Xalq Bank"la bağlı da sosial mediada maraqlı iddialar yayılır.

Məsələn, jurnalist Ödar Qani TikTok-dakı səhifəsində "Xalqbank"la bağlı diqqətçəkən videoşərh paylaşıb. O, bankın Bəylər Əyyubova bağlı olmasını son aylarda baş verənlərin kontekstindən şərh edib  (Onun TikTok-dakı videoşərhini aşağıda izləyə bilərsiniz).

Mia.az-ın əldə etdiyi məlumata görə, bankda az qala xadimənin işə götürülməsinə qədər ən xırda detallara qədər nüfuz edən Müşahidə Şurasının sədri Asim Mahmud oğlu Məmmədli əsas söz sahibidir. O, hətta İdarə heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidovun fikirlərini dinləsə də, əsas qərarlaır təkbaşına və bəzi hallarda isə məsləhətsiz verir:

"Son həftələr isə Əyyubovların ətrafında yaşanan proseslər 2004-də yaradılmış banka faktiki və rəsmi rəhbərlik üçün təqdimatı verilmiş (təqdimat verən şəxs haqda ayrıca xəbərimiz olacaq - Mia.az) Asim Məmmədlini, əlbəttə ki, düşündürməyə bilməz...".

Maraqlıdır, bankın təqdmatında "Hal-hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmət və məhsulları təklif edir. Dürüstlük və şəffaflıq, etimad və hörmət, sürət və operativlik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma işimizin əsas prinsipləridir. Bizim peşəkar heyətimiz, geniş filial şəbəkəmiz və onlayn servislərimiz hər zaman xidmətinizdədir.Maliyyə dünyasında Xalq Bank Sizin etibarlı tərəfdaşınız və faydalı təlimatçınızdır", - devizi ilə bank sektorunda kök salmağı bacaran Asim Məmmədli hazırkı siyasi mühitdə necə davranacaq?

Yeri gəlmişkən, Asim Məmmədli 2018-də eyni şəbəkyə aid “Xalq Sığorta” ASC-nin Direktorlar Şürasına da rəhbərlik edir.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,8 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 33,85 %-i "Euro Standard" MMC-yə, 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.

Məlumat üçün onu da qeyd edək ki, Asim Məmmədovun siyasi keçmişi barədə də iddialar var. Bununla bağlı bankın mətbuat katibi Nərgiz Yusifovaya yanvarın 12-də Votsap-dan sorğu verdik. Lakin cavabsız qaldığındna bir neçə gün əvvəl də xatırlatma etdik. Təəssüf ki, Nərgiz xanım sorğumuzu oxusa da, cavab vermədi.

Hələlik detallarına toxunmadığımız sorğumuzdakı ciddi siyasi ittihamlara təkrar münasibət öyrənməyə cəhd edəcəyik.

Samir

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1018
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Fevral 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri