Icma.az
close
up
RU
Bu əməli törədən kişilər 700 manat cərimə OLUNACAQ

Bu əməli törədən kişilər 700 manat cərimə OLUNACAQ

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zorakılıq bəzən fiziki iz buraxmır, insanın həyatını və psixologiyasını illərlə təsir altında saxlayır. Son statistikada “Qadın dəstək xətti”nə daxil olan müraciətlər arasında psixoloji zorakılıq hallarının üstünlük təşkil etməsi problemin göründüyündən daha geniş olduğunu göstərir.
Bəzən belə hallar cəmiyyətdə yetərincə ciddi qəbul edilməsə də, psixoloji zorakılıq insanın həm emosional, həm də sosial həyatına ciddi təsir edə bilir. Xüsusilə bir çox qadın psixoloji təzyiq hallarını uzun müddət “normal münasibət” kimi qəbul edir.
Bəs psixoloji şiddəti adi konfliktdən nə fərqləndirir və qanunvericilik bu məsələyə necə yanaşır?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan psixoloq Sibel Piriyeva bildirdi ki, psixoloji təsirdə məqsəd qadını zəiflətmək və onu idarə etməkdir:
“Psixoloji zorakılıq fiziki deyil, psixoloji zərər verməkdir. Bura sözlə, davranışlarla qorxutmaq və manipulyasiya etmək daxildir. Həmçinin həddindən artıq nəzarət də psixoloji zorakılığa aiddir.
Burada şəxsin məqsədi qarşı tərəfi zəiflətmək, özünə olan inamını sarsıtmaq və onu idarə etməkdir.
Konfliktdə iki insan arasında fikir ayrılığı ola bilər. O halda ki, onlar bir-birini alçaltmır, qışqırmır, qorxu yaratmır, qısqanclıq adı ilə nəzarət etmirlər. Şəxsi sərhədlərin pozulması, qarşı tərəfin güvənini və özünəinamının sarsıdılması, manipulyasiya taktikalarından istifadə edilməsi psixoloji zorakılığa daxildir.
Bu vəziyyət gələcək münasibətlərə də təsir göstərə bilər. Çünki insan sevgini də, dəyəri də, şəxsi sərhədi də valideynlərindən öyrənir. Uşaq davamlı şiddət, qışqırıq və sərhədlərin pozulduğu bir mühitdə böyüyürsə, gələcəkdə fərqindəlik qazanmasa, münasibətlərində eyni davranışları təkrarlaya bilər. Xüsusilə ata bunu edirsə, oğlan uşaqları çox vaxt ata modelini mənimsəyir və gələcəkdə həmin davranışları təkrarlayırlar”.
Psixoloji zorakılığa məruz qalan qadınların çoxu niyə bunu uzun müddət dilə gətirmir?
S. Piriyevanın sözlərinə görə, bu həm qorxudan, həm də özünə şübhədən qaynaqlana bilər:
“Davamlı alçaldılmanın insan psixologiyasına uzunmüddətli təsiri olur. İnsan zamanla özünü günahlandırır, dəyərsiz və gücsüz hiss edir. Özünəinamı sarsıldığı üçün qərar verməkdə çətinlik çəkir. Buna görə də bəzən nə boşana bilir, nə də münasibəti bitirə bilir. Çünki buna hazır olmur. Yeni həyata başlamaq onlar üçün çətin görünür.
Bəzən uşaqlıqdan öyrədilmiş düşüncələr də buna təsir edir. Məsələn, “Qadın səbirli olmalıdır”, “Qadın dözməlidir”, “Qadın ailəni dağıtmamalıdır” kimi fikirlər qadının beynində dərin şəkildə yerləşir.
Digər bir məsələ isə travmaya bağlılıqdır. Psixoloji zorakılıq göstərən insan bir gün yaxşı davranır, bir gün isə incidici olur. Qarşı tərəf də həmin yaxşı davranışlara ümid bağlayır. Buna görə münasibətdə qalmağa davam edir və ümidlə yaşayır ki, hər şey düzələr”.
Bəs Azərbaycan qanunvericiliyində psixoloji zorakılıq necə qiymətləndirilir və bununla bağlı hansısa hüquqi məsuliyyət nəzərdə tutulurmu? Psixoloji təzyiqə məruz qalan qadın hüquqi baxımdan hara müraciət edə bilər?
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri, hüquqşünas  Zemfira Mustafayevanın sözlərinə görə, qanunvericilikdə psixoloji zorakılıq halları da məişət zorakılığı kimi tanınır:
“Azərbaycan qanunvericiliyində məişət zəminində psixoloji zorakılıq məişət zorakılığı növlərindən biri kimi tanınır və qanunvericilik bu hallara görə hüquqi məsuliyyət tədbirləri nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, məişət zəminində psixi zorakılıq, yəni şəxsin digər şəxsə qəsdən psixi təzyiq göstərməsi və ya onun üçün dözülməz psixi şərait yaratmasına yönəlmiş hərəkətlər inzibati məsuliyyət yaradır.
Bu əməllərə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilir. Həmin hərəkətlər il ərzində təkrar törədilərsə, bu halda məişət zorakılığını törədən şəxs 500 manatdan 700 manatadək məbləğdə cərimə edilə və ya 15 günədək inzibati qaydada həbs oluna bilər.
Məişət zorakılığı fiziki xəsarətlə müşayiət olunduqda isə, xəsarətin ağırlıq dərəcəsindən asılı olaraq artıq cinayət məsuliyyəti yaranır. Lakin yalnız psixoloji və ya psixi zorakılıq hallarında, əsasən, inzibati məsuliyyət tədbirləri tətbiq edilir. Qanunvericiliyə görə bu kateqoriya işlər üzrə inzibati məsuliyyət tədbirləri məhkəmələr tərəfindən tətbiq olunur”.
Belə hallarda sübut toplamaq nə qədər çətindir və hüquqi proses necə aparılır
Hüquqşünas qeyd edir ki, psixoloji zorakılığın sübut olunması fiziki zorakılıqla müqayisədə daha çətin hesab edilir, çünki əksər hallarda görünən fiziki izlər olmur. Bununla belə, mesajlar, səs yazıları, sosial şəbəkə yazışmaları, şahid ifadələri, psixoloq və ya həkim rəyləri, əvvəlki polis müraciətləri və digər materiallar sübut kimi istifadə oluna bilər və məhkəmə tərəfindən işin ümumi halları ilə birlikdə qiymətləndirilir.
“Bədəndə hər hansı bir xəsarət yoxdursa biz zərərçəkən xanımı sığınacaqlara da yerləşdirə bilmirik. Ona görə ki, burada zorakılığı təsdiq edən ekspertiza rəyi olmalıdır. Sadəcə psixoloji zorakılıq adı ilə müraciət etmək olmur. Ancaq bizim mərkəzimizə psixoloji zorakılıqla bağlı müraciət olunanda, əlbəttə ki, müəyyən tədbirlər görür, dəstək və köməklik göstəririk. Hətta psixoloji tərəfdən reabilitasiya da edirik”.
“Bir şeyi anlamaq lazımdır ki, psixoloji zorakılıq sonda ölüm həddinə də gətirib çatdıra bilər”- deyə Z. Mustafayeva vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”na əsasən “Qadın dəstək xətti”nə ümumilikdə daxil olan 924 müraciətdən 382-i (41,3%) psixoloji, 351-i (38%) fiziki, 59-u (6,4%) cinsi zorakılıq halları, 132-i (14,3%) isə etinasızlıqla bağlı olub.
Xədicə Paşayeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 May 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri