Əbu Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı Masada hansı məsələlər var?
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əbu-Dabidə Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı danışıqların ikinci mərhələsi başlayıb.
Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların ikinci günündə əsas müzakirə mövzuları enerji məsələləri, Qara dənizdə təhlükəsizlik və liderlər səviyyəsində mümkün görüş olacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında danışıqların ilk günündə Kiyev və Moskva nümayəndələri təhlükəsizlik təminatları ilə yanaşı, hərbi əsirlərin “1000-ə 1000” və ya “1500-ə 1500” formulu üzrə dəyişdirilməsi məsələsini də müzakirə ediblər. Zelenski bu barədə Ukrayna nümayəndə heyətinin məruzəsinə istinadən məlumat verib.
Onun sözlərinə görə, ərazi məsələsi də müzakirə olunub və bu mövzunu Rusiya nümayəndə heyəti gündəmə gətirib.
“Ruslar Donbasın yarısını artıq işğal etdiklərini düşünür və iddia edirlər. Halbuki həmin ərazilər əslində bizim nəzarətimizdədir. Bunlar hərbi zabitlər və Rusiya kəşfiyyatının nümayəndələri idi və onlar bunu tamamilə ciddi şəkildə söyləyirdilər”, – deyə Zelenski bildirib.
Ukrayna prezidenti qeyd edib ki, ABŞ nümayəndələri cəbhədəki vəziyyətlə bağlı Kiyevin qiymətləndirməsini təsdiqləyiblər.
Bundan əvvəl “Axios” nəşri yazmışdı ki, Əbu-Dabidəki danışıqlardan sonra Ağ Evin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskva və Kiyevə səfər edə bilərlər.
Post navigation
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 11 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















