Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı (Video)
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Liderlər Sammiti başlayır.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş sammitdə iştirak etmək üçün gələn dövlət və hökumət başçılarını, eləcə də nümayəndə heyətlərinin rəhbərlərini qarşılayırlar.
Qarşılama mərasimində diqqətçəkən məqamlardan biri Ermənistanın Baş naziri Nikol Paşinyanın tədbirə gəlişi zamanı yaşanıb.
Belə ki, Paşinyan içəri daxil olarkən Azərbaycan mahnısı səsləndirilib. Söhbət Tofiq Quliyevin musiqisinə, xalq şairi Rəsul Rzanın sözlərinə bəstələnmiş məşhur "Sənə də qalmaz" mahnısından gedir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 11 Noyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















