Icma.az
close
up
RU
“Bu əməliyyat yüksək riskli xəstələrdə də rahatlıqla icra olunur”

“Bu əməliyyat yüksək riskli xəstələrdə də rahatlıqla icra olunur”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin iyul ayından bəri Azərbaycanda tibb elminin son nailiyyətlərindən sayılan daha bir bahalı əməliyyat – TAVİ-nin icbari tibbi sığorta hesabına icrasına başlanıldı. 2024-cü il ərzində Xidmətlər Zərfi çərçivəsində 194 əməliyyat icra edilib.

Bəs TAVİ əməliyyatı nədir? Azərbaycanda bu əməliyyatın icrası üçün kifayət qədər ixtisaslı kadr və müasir tibbi təchizat varmı? Hansı hallarda bu əməliyyata göstəriş yaranır?

“Qafqazinfo” bu və digər suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət edib.

TAVİ - transarterial aorta qapağı implantasiyası deməkdir. Bu əməliyyat Azərbaycanda ümumilikdə 5 ildən çoxdur ki, uğurla tətbiq olunur. TAVİ əməliyyatı hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir. Bu, xüsusilə aorta qapağı xəstəlikləri və aortal qapaq darlıqları olan xəstələr üzərində icra olunur.

TAVİ əməliyyatlarını icra edən Yeni Klinikanın invaziv kardioloqu Qalib İmanovun sözlərinə görə, xəstəyə exokardioqrafiya əsasında diaqnoz qoyulur: “Ürəkdən çıxan şah damarın klapanında ən çox da yaşla əlaqədar əmələ gələn degenerativ qalınlaşmalar zamanı qapaq hərəkətləri məhdudlaşır, tam açıla və ya bağlana bilmir. Orada müəyyən sərt kütlə - kalsinat toplandığı üçün qapaqlar bir-birinə yapışmış vəziyyətdə olur. Bu halda indiyə qədər xəstələr açıq ürək əməliyyatı olunurdu. Lakin bu daha çox yaşlı adamların xəstəliyi olduğu üçün bir çox hallarda onlarda olan yanaşı xəstəliklər, xəstənin fiziki durumu açıq əməliyyat olunmağa imkan vermirdi. Bu halda açıq əməliyyat çox risklidir. TAVİ-nin üstünlüyü ondan ibarətdir ki, bu cür ağır, cərrahi riski yüksək olan xəstələrə rahatlıqla tətbiq olunur. Belə xəstələrə narkoz verilmir, süni tənəffüs cihazına qoşulmur. Prosedur təxminən 1 saat ərzində icra olunur və sonra xəstədə hər hansı iz, çapıq qalmır. Reabilitasiya müddəti də çox qısadır – cəmi 3-4 gün xəstəxanada qala bilər”.

Həkimin sözlərinə görə, bu əməliyyatı yerinə yetirmək üçün ilk növbədə xəstəxananın şəraiti, təchizatı uyğun olmalı, cərrah, tibbi personal buna hazır olmalıdır. Azərbaycanda icbari tibbi sığorta çərçivəsində bu əməliyyatı icra edən, özünü təkmilləşdirən, xaricdə təlimlərə qatılan mütəxəssislər var: “TAVİ yaşlı insanlar üçün həyat qurtarıcı əməliyyat olduğu kimi həm də risklidir. Masada xəstəyə yardım etdinsə, onu qurtara bilirsən. Əlinin altındakı alətlər və ondan istifadə vacibdir. Ona görə də TAVİ peşəkar briqada tərəfindən icra olunmalıdır. Alətlərin yenilənməsi, texnologiyanın inkişafı nəticəsində indi daha da inkişaf etdirilib. 1 neçə saat sonra xəstə ayağa durub hərəkət edə bilir”.

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin üzvü Ülvi Mirzoyevin sözlərinə görə, TAVİ proseduru gənc xəstələrdə nadir hallarda icra olunur: “Bu, daha çox yaşlı insanlarda icra olunur. Müasir Avropa Kardiologiya Cəmiyyətinin tövsiyələrinə görə, açıq cərrahiyyə riski yüksək olan 70 yaş üzəri insanlarda TAVİ icra oluna bilər. Ölkəmizdə bunun geniş istifadəsi icbari tibbi sığortanın tətbiqi ilə mümkün olub. Xəstə evə getdikdən sonra aktiv şəkildə öz həyatına davam edir”.

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu İlqar Tahiroğlu da bu əməliyyatın icbari tibbi sığorta sayəsində ölkədə geniş şəkildə icra olunduğunu deyir: “Biz minimal sedasiya və yerli anesteziya ilə 25-30 dəqiqəyə bu proseduru həyata keçiririk. Bu, kardiologiyanın ölkəmizdəki inkişafını göstərir. İcbari tibbi sığortanın rolu Azərbaycan səhiyyəsində dəyişiklik yaradıb. TAVİ əməliyyatına icbari tibbi sığorta tərəfindən 35 min manat ödənilir. İcbari tibbi sığorta yeni sistemdir, qurulur, inkişaf edir. Lakin tam oturuşması zaman alacaq. Qət etdiyimiz yol böyükdür. Bu 4 il ərzində 40 ildə olan problemləri həll etməyə başlamışıq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva isə TAVİ proseduru vǝ vǝtǝndaşların müraciǝt qaydasını diqqətə çatdırıb: “TAVİ proseduru invaziv tibbi müdaxilǝdir vǝ yalnız ixtisaslı hǝkim tǝrǝfindǝn tǝyin oluna bilǝr. Əgǝr müayinǝ zamanı ürǝk-damar sistemi ilǝ bağlı hǝr hansı problem aşkar edilǝrsǝ, ailǝ hǝkimi pasiyenti ixtisaslı kardioloqa yönlǝndirmǝlidir. Prosedur ǝsasǝn planlı şǝkildǝ icra olunur vǝ hazırda bir çox dövlǝt vǝ özǝl xǝstǝxanalarda hǝyata keçirilir”.

N.Ağayeva bildirib ki, son illǝrdǝ icbari tibbi sığortanın Xidmǝtlǝr Zǝrfinin tǝkmillǝşdirilmǝsi istiqamǝtindǝ intensiv işlǝr aparılıb və TAVİ kimi müasir vǝ yüksǝk texnoloji tibbi prosedurların zǝrfǝ daxil edilmǝsi bu istiqamǝtdǝ görülǝn işlǝrin mühüm nǝticǝlǝrindǝndir: “TAVİ xidmǝti ǝvvǝlki Xidmətlər Zərfindǝ mövcud deyildi, lakin bu gün artıq mütǝxǝssislǝrimizin sayı artdığı, texniki baza formalaşdığı üçün vǝtǝndaşların bu xidmǝtdǝn yararlanması mümkündür. Bu istiqamǝtdǝ hǝkimlǝrimiz beynǝlxalq konfranslarda ölkǝmizi tǝmsil edir, yaxın ölkǝlǝrdǝ hǝmkarlarına tǝlimlǝr keçir, “masterclass”lar tǝşkil edirlǝr”.

Qeyd edək ki, kardioloji xǝstǝliklǝrin müalicǝsindǝ icbari tibbi sığortanın rolu kardioloji xidmǝtlǝrin ǝlçatanlığını ǝhǝmiyyǝtli dǝrǝcǝdǝ artırıb. Artıq icbari tibbi sığorta sayǝsindǝ vǝtǝndaşlar yüksǝk xǝrc tǝlǝb edǝn kardioloji xidmǝtlǝrdǝn yararlana bilirlǝr. Bu, xüsusilǝ aşağı gǝlirli ǝhali qruplarının müalicǝyǝ çıxış imkanlarının genişlənməsi deməkdir.

Gülnar Əliyeva

Foto: Pərvin Zeynal

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri