Icma.az
close
up
RU
“Bu, ən böyük və daha çox maddələri əhatə edən amnistiya aktıdır” Sahib Məmmədov

“Bu, ən böyük və daha çox maddələri əhatə edən amnistiya aktıdır” Sahib Məmmədov

Icma.az, 525.az saytına istinadən bildirir.

“Azərbaycanda artıq icrasına başlanılan amnistiya aktı indiyədək qəbul olunmuş amnistiya aktları içərisində ən əhatəlisi və ən böyüyüdür. Eyni zamanda, daha çox maddələri, daha çox insanların azadlığa çıxmasını əhatə edir”.

Bu barədə 525.az-a “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

Hüquqşünas bildirib ki, beş min nəfərə yaxın şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad ediləcək: “Bunun bir özəl xüsusiyyəti odur ki, məhz “Konstitusiya və Suverenlik İli”nin sona çatması ərəfəsində Prezidentin təşəbbüsü ilə qəbul olunub. Bilirsiniz ki, dövlətimizin Konstitusiyasının üçdə bir hissəsi insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Yəni Konstitusiyamız bütövlükdə humanizm və insan hüquqlarını əsas götürür. Ona görə də bu, həm də simvolik olaraq Konstitusiyamızın 30 illiyi münasibətilə elan olunmuş amnistiya aktı kimi qəbul olunur”.

Amnistiya aktları və əfv sərəncamları ilə azadlığa çıxan şəxslərin cəmiyyətə inteqrasiyası, dövlətin göstərdiyi etimadı nə dərəcədə doğrultmalarına gəlincə, hüquqşünas deyib ki, bununla bağlı izləmələr aparılır: “Mən dəqiq rəqəmlər deyə bilməyəcəm. Amnistiya aktı elə bir aktdır ki, onu qəbul edərkən sosial ədalət prinsipi pozulmamalıdıır. Ona görə də şəxsiyyət əleyhinə cinayət törətmiş şəxslər, məsələn, qəsdən adamöldürmə, yaxud sağlamlığa xüsusi ağır zərbə vurmaq və s. Yəni şəxsiyyət əleyhinə yönələn cinayətlərə bu, tətbiq olunmur. Eyni zamanda, dəfələrlə cinayət törətmiş şəxslər də amnistiya aktından bəhrələnə bilmirlər. Amma amnistiya aktı, yaxud əfv qərarlarından sonra onların dairəsinə düşən şəxslərin 100 faiz peşmançılıq hissələri keçirdikləri, bir daha cinayət törətməyə meyilli olmadıqlarını demək düzgün deyil. Lakin əksər hallarda əlbəttə ki, bu şəxslər sonradan cəmiyyətə inteqrasiya olunurlar”.

Ekspert əlavə edib ki, amnistiya aktının təsiri altına düşənlərin siyahısında qadınlar da var ki, onlar da artıq yəqin ki, bir daha belə əməllər törətməyəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Milli Məclisin qəbul etdiyi amnistiya aktının artıq icrasına başlanılıb. Bu qərarın 20 min nəfərdən artıq şəxsə şamil ediləcəyi gözlənilir. Amnistiya aktı 4 ay ərzində icra ediləcək.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Dekabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri