Icma.az
close
up
RU
Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mədəni irsin qorunması cəmiyyətin öz keçmişi ilə münasibətinin ən aydın göstəricilərindən biridir. Azərbaycanda bu sahədə aparılan müşahidələr və araşdırmalar göstərir ki, nəzəri biliklər ilə gündəlik praktik qərarlar arasında ciddi bir boşluq mövcuddur. Beynəlxalq sənədlərdə, xüsusən də Venesiya Xartiyasında irsin yalnız fiziki deyil, eyni zamanda sosial, mədəni, vizual və tarixi mühitlə birlikdə qorunmasının vacibliyi vurğulansa da, real vəziyyətdə çox zaman yalnız abidənin “özünün” saxlanılması ilə kifayətlənilir. Dövründən asılı olmayaraq abidəni əhatə edən arxeoloji qatlar, tarixi kontekst və yaşayış mühiti isə ya nəzərə alınmır, ya da ikinci plana keçirilir.

Bu vəziyyətin əsas səbəblərindən biri mədəni irs sahəsində geniş yayılmış, lakin yanlış olan təsəvvürlərdir. Təəssüf doğuran məqam odur ki, bu yanlışlar təkcə adi vətəndaşların düşüncəsində deyil, bəzən alimlərin, müəllimlərin, idarəçilərin, hüquq-mühafizə orqanlarının və qərar qəbul edən şəxslərin yanaşmalarında da özünü göstərir. Nəticədə isə zərər çəkən yenə də abidələrimiz olur və bu zərər çox vaxt geridönməz xarakter daşıyır.

Ən geniş yayılmış yanlışlardan biri arxeoloji irsin yalnız arxeoloji abidələrdən ibarət olması fikridir. Halbuki arxeoloji irs anlayışı daha geniş məzmun daşıyır və insanın ən qədim dövrlərdən bu günə qədər buraxdığı bütün maddi izləri əhatə edir. Buraya təkcə qazıntı ilə üzə çıxarılan obyektlər deyil, bütün dövrlərə aid memarlıq və xatirə abidələri, yaşayış yerləri və insan fəaliyyətinin izləri daxildir. Bu yanaşma sadəcə elmi mövqe deyil, Azərbaycan Respublikasının “Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyasına qoşulmaq haqqında” Qanununda da açıq şəkildə təsbit olunmuş hüquqi normadır. Qanunda bəşəriyyətin keçmiş dövrlərə aid olan bütün qalıqları və obyektləri arxeoloji irs elementləri kimi qəbul edilir ki, bu da digər adı ilə Valetta Konvensiyasının ruhuna tam uyğundur.

Digər bir yanlış təsəvvür arxeoloji irsin yalnız yerin altında və ya suyun dibində mövcud olması ilə bağlıdır. Əslində arxeoloji irs bütöv bir anlayışdır və həm quruda, həm də su altında yerləşən irs nümunələrini, eləcə də yerüstü memarlıq və xatirə abidələrini əhatə edir. Hətta beynəlxalq elmi mühitdə artıq insan fəaliyyətinin Ay üzərində qoyduğu izlər belə arxeoloji irs kontekstində müzakirə olunur. Bu fakt arxeoloji irsin statik deyil, dəyişən və genişlənən bir anlayış olduğunu göstərir. Azərbaycan qanunvericiliyində də bu yanaşma aydın ifadə olunur və arxeoloji irsin təkcə obyektləri deyil, onları əhatə edən məkanın da qorunmalı olduğu vurğulanır.

Bəzən elə düşünülür ki, arxeoloji irs yalnız qazıntı yolu ilə öyrənilə bilər. Bu da köklü bir yanlışlıqdır. Arxeoloji qazıntı sadəcə arxeoloji tədqiqat metodlarından biridir və müasir elmdə ən dağıdıcı üsullardan biri hesab olunur. Buna görə də hər zaman əsas seçim kimi götürülmür. Müasir arxeologiya qeyri-dağıdıcı metodlara, sənədləşdirməyə, arxiv araşdırmalarına, texnoloji vasitələrə və müxtəlif elmilərin birgə yanaşmalarınaa üstünlük verir. Arxeoloji tədqiqatın əsas dəyəri ondan ibarətdir ki, bu proses nəticəsində hazırlanmış hesabatlar yerli və beynəlxalq səviyyədə əlçatan olur, elmi məqalələr yazılır və əldə edilən bilik qlobal elmi dövriyyəyə daxil edilir. Azərbaycan qanunvericiliyi də dağıdıcı olmayan üsulların imkan daxilində üstün tutulmasını dövlətin öhdəliyi kimi müəyyən edir.

Ən təhlükəli yanlışlardan biri isə bərpa və konservasiya işləri aparılan abidələrdə arxeoloji tədqiqata və arxeoloqun rəyinə ehtiyac olmadığı düşüncəsidir. Halbuki istər bərpa olunan hər bir abidədə, istər tarixi şəhər və kəndlərdə, istərsə də açıq ərazilərdə həyata keçirilən inkişaf və infrastruktur layihələrində arxeoloji tədqiqat mütləqdir. Əks halda yalnız arxeologiyanın elmi metodları ilə aşkar edilə bilən daşınar və daşınmaz irs nümunələri məhv edilir və bu itkilər sonradan bərpa oluna bilmir. Qanunvericilik arxeoloqların planlaşdırma və inkişaf proseslərinə cəlb edilməsini dövlətin birbaşa öhdəliyi kimi müəyyən edir və bu tələbin gözardı edilməsi ciddi fəsadlara yol açır.

Bu kontekstdə tez-tez qarışdırılan Azərbaycan Respublikasının “Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyasına qoşulmaq haqqında” Qanunu kimi beynəlxalq sənəd ilə “Azərbaycan Respublikasının Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunu kimi yerli qanun arasındakı fərqi də anlamaq vacibdir. Birincisi qlobal təcrübəyə əsaslanan və dəyişdirilməyən beynəlxalq sənəddir, ikincisi isə yerli qanundur və dəfələrlə (70 dəfədən çox) dəyişdirilib. Hətta yerli qanunun özündə belə ziddiyyət yarandığı halda beynəlxalq sənədin əsas götürülməli olduğu açıq şəkildə qeyd olunur.

Nəticə etibarilə mədəni irsin qorunması yalnız abidəni fiziki olaraq saxlamaqdan ibarət deyil. Bu, bilik, məsuliyyət və elmi yanaşma tələb edən bir prosesdir. Doğru bilinən yanlışlardan imtina etmədikcə və irsə bütöv şəkildə yanaşmadıqca, qoruduğumuzu düşündüyümüz dəyərləri əslində öz əlimizlə itirməyə davam edəcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Dekabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see297

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see285

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see269

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see259

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see256

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see255

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see253

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see248

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see238

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see236

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see229

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see223

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see190

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see189

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see188

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see187

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see181

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see174

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri