Bu ərazidə daha yola görə tıxac olmayacaq Rəsmi AÇIQLAMA
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Binəqədi şosesinin "təzə yol" adlanan ərazidən keçən ( Nicat Mustafayev ilə kəsişmə və kəsişməyə qədər olan ) hissəsində asfalt örtüyündə son güclü yağışlar nəticəsində dərin ( 10-15 sm ) çuxurlar yaranması səbəbindən ərazidə nəqliyyatın hərəkəti çətinləşir. Bəzi nəqliyyat vasitələri zərər görür, bəziləri isə zədə görməmək üçün sürəti yavaşladır. Bu səbəbdən sözügedən ərazidə 1 kilometrdən çox tıxac yaranır.
Mövcud vəziyyətlə əlaqədar AAYDA-ya sorğu ünvanladıq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan ünvanda texniki şərtə uyğun olaraq aidiyyəti təşkilat tərəfindən kommunikasiya xətlərində nəzərdə tutulan işlər icra edilib:
“Qazıntı işləri və son yağıntılar nəticəsində ərazidə yaranmış lokal problemlərlə bağlı agentliyə məlumat daxil olub və məsələ nəzarətə götürülüb. Ərazidə vəziyyətin tam bərpası istiqamətində müvafiq tədbirlər planına uyğun olaraq qısa müddət ərzində asfalt örtüyünün yenilənməsi işləri həyata keçiriləcək”.
Leyla Turan
Demokrat.az
Baxış sayı:88
Bu xəbər 25 May 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















