Icma.az
close
up
RU
Bu ərazidə qırılan ağacların yerində obyekt tikməyi düşünürlər ŞƏRH

Bu ərazidə qırılan ağacların yerində obyekt tikməyi düşünürlər ŞƏRH

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Meşələrin və ağacların qırılması, onların yerinə yenilərinin əkilməməsi ətraf mühitə ciddi zərər vurur. Ağaclar atmosferi oksigenlə təmin edir və bu, təkcə insanlar üçün deyil, bütün canlılar və təbii proseslər üçün həyati əhəmiyyət daşıyır. Oksigenin azalması həm insan sağlamlığına, həm də ekosistemə mənfi təsir göstərir. Bu baxımdan ağacların kəsilməsi qəbuledilməzdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib. 
"Xüsusilə son illər bəzi ərazilərdə ağacların kütləvi şəkildə qırılması və yerində obyektlərin tikilməsi narahatlıq doğurur. Halbuki bir ağac ildə təxminən 100 kiloqrama yaxın oksigen istehsal edir və 50–60 kiloqram karbon qazını udur. Beş altı ağacın verdiyi oksigen bir insanın illik tələbatına bərabərdir. Bir ağacın məhv edilməsi oksigenin azalmasına, xəstəliklərin və zərərli bioloji proseslərin artmasına şərait yaradır".
O bildirib ki, Biləcəridə və digər ərazilərdə kəsilmiş ağacların bərpa olunması vacibdir:
"Söhbət birbaşa insanların sağlamlığından gedir. Bakı şəhərinin müxtəlif hissələrində, o cümlədən Neftçilər metrosu ətrafında, Ayna Sultanova heykəli yaxınlığında, eləcə də bəzi qəsəbələrdə zamanında geniş yaşıllıq sahələri məhv edilib. Məhv edildikdən sonra onların yerində obyektlər tikilib. Bu proses şəhərdə onsuz da məhdud olan oksigen balansını daha da zəiflədir.
Ağacların qorunması qanunvericiliklə də tənzimlənir. Ağac kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi rəyi tələb olunur. Bu razılıq olmadan ağacların kəsilməsi inzibati və hətta cinayət məsuliyyəti yarada bilər. Ümid edilir ki, aidiyyəti qurumlar bu məsələyə ciddi nəzarət edəcək və lazımi tədbirlər görüləcək".
Qeyd edək ki, Biləcəri qəsəbəsi Xurşidbanu Natavan küçəsində yerləşən ərazidəki meşə məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Yanvar 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri