Icma.az
close
up
RU
Bu ərazidə satılan evlər təhlükəlidir

Bu ərazidə satılan evlər təhlükəlidir

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda su təsərrüfatı sahəsində mövcud problemlərin əsas səbəblərindən biri qanunsuz qoşulmalar və mühafizə zonalarında aparılan tikintilərdir.

Moderator.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.

Onun sözlərinə görə, kollektorların və su magistrallarının üzərində tikilən evlər həm mövcud problemlərin yaranmasına səbəb olur, həm də sistemin istismarını çətinləşdirir:

"Qanunsuz qoşulmalar, kollektorların və ya su magistrallarının üzərində tikilmiş evlər bizim üçün həm hazırda müşahidə etdiyimiz problemlərin yaranmasına səbəb olur, həm də ciddi fəsadlar yaradır. Bu hallar həmin xətlərin istismarında böyük çətinliklər yaradır. Amma bu məsələni yalnız su itkisi kimi qiymətləndirməməliyik. Çünki hazırda suyun böyük hissəsi məhz belə qanunsuz qoşulmalar vasitəsilə istifadə olunur və bu, sistemdə ciddi itkilərə səbəb olur. Bunun başqa fəsadları da var. Qanunsuz qoşulmaların olduğu yerlərdə sızmalar baş verə bilər, yaxud borular başqa bir nöqtədə partlaya bilər. Belə hallarda su yerin altı ilə hərəkət edərək tam başqa bir ərazidə üzə çıxır. Biz həmin qoşulmalar barədə məlumatlı olmadığımız üçün problem tam fərqli bir yerdə ortaya çıxır. Halbuki problemin mənbəyi hansısa qanunsuz qoşulma olur".

ADSEA sədri əlavə edib ki, digər ciddi problemlərdən biri də Abşeron yarımadasında mövcud təbii su hövzələri ilə bağlıdır: "Yarımadada 300-dən çox göl var və bu göllər təbii su toplayıcı funksiyası daşıyır. Son 25 ildə quraqlıq dövrlərində bəzi göllər qurudularaq həmin ərazilərdə tikintilər aparılıb və evlər satışa çıxarılıb. İnsanlar isə bu evlərin ucuzluğuna aldanaraq onları alırlar. Lakin güclü yağışlar zamanı həmin ərazilər yenidən su toplayır və nəticədə evlər su altında qalır".

Onun sözlərinə görə, bu cür hallar kollektor sisteminə əlavə yük yaradır və problemlərin zəncirvari şəkildə yayılmasına səbəb olur:

"Məsələn, Keşlədə yaranan problemlərdən biri də məhz bununla bağlıdır. Bir ərazidə yığılan su kollektorlara yönəldilir və nəticədə sistem həddindən artıq yüklənir. Bu isə başqa ərazilərdə də problemlərin yaranmasına gətirib çıxarır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Aprel 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri