Icma.az
close
up
RU
Bu ərazilər Azərbaycana qaytarıla bilər Ermənişünasdan ŞOK

Bu ərazilər Azərbaycana qaytarıla bilər Ermənişünasdan ŞOK

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ukraynaya yardım müqabilində Kiyevdən mineral ehtiyatlarını istəməsi dünya siyasi sistemində daşları tərpədib. Hətta bəzi ekspertlər ABŞ-ın Ukraynadan yardım qarşılığında ərazi tələb etməsinin mümkünlüyü haqda fikir yürüdürlər.

Analoji versiya Azərbaycan-Ermənistan münasibətlərinə də şamil olunur. Belə ki, rəsmi İrəvanın işğal müddətində vurduğu zərərə görə maddi təzminat ödəməli olduğu bildirilir. Təzminat ödəyə bilməyəcəyi təqdirdə bunu ərazi ilə əvəz etməsinə diqqət çəkilir.

Azərbaycan işğal müddətində vurulan zərərə görə Ermənistandan hansı mühüm əraziləri tələb edə bilər?

Globalinfo.az-a danışan Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlının fikrinə əsasən, 30 ildən çox müddətdə Ermənistanın Azərbaycan torpaqlarının təxminən 20 faizini işğalda saxlaması faktı onu göstərir ki, yeraltı və yerüstü sərvətlər talan edilib:

“Bununla bağlı çox sayda faktlar var. Qarabağ və ətraf ərazilərdə olan sərvətlər talan edilib. Ermənistan xarici şirkətlərin yardımı ilə Azərbaycanın sərvətlərini xarici ölkələrə daşıyıb. Azərbaycanın həmin ərazilərdəki maddi mədəniyyət abidələri dağıdılıb, yerlə yeksan edilib. Hesablamalara görə, Azərbaycana 800 milyard dollardan artıq ziyan dəyib. Xarici ekspertlərin araşdırmalarına əsasən ölkəmizə dəyən ziyana görə Ermənistan təzminat ödəməlidir”.

Qafar Çaxmaqlının sözlərinə görə, Azərbaycan Qarabağ və ətraf ərazilərdə 30 il ərzində baş tutan iqtisadi cinayətləri bağışlamayacaq:

“Son vaxtlar tez-tez səsləndirilən fikirlərdən biri də Azərbaycan və Ermənistan arasında qısa müddətdə sülh müqaviləsinin imzalanması üçün tərəflərin bəzi məsələlərdə güzəştə getməsidir. Lakin rəsmi Bakı bu cinayətləri bağışlamayacaq. Beynəlxalq məhkəmədə Azərbaycan sözügedən məsələlərin üzərinə getməlidir. Ermənistan isə bu vəziyyətdən ciddi narahat olmağa başlayıb. Çünki qanunla üzərinə qoyulacaq böyük məbləğdə təzminatı ödəyə bilməyəcək. Praktikada belə təcrübə var ki, həmin təzminat ödənmirsə, əvəzində ərazi verilməlidir. Bu da Azərbaycana indiki Ermənistan ərazisində olan bəzi torpaqları geri qaytarmağa imkan yaradacaq. Rəsmi Bakı məsələnin üzərinə getməlidir. ABŞ-da Ukraynaya yardımların müqabilində mineral ehtiyatların verilməsini tələb edir. Azərbaycan da bunu dilə gətirməlidir. Ermənistanda belə bir  mineral sərvətlər həqiqətən də var. Zod mədənlərini Azərbaycan təzminat olaraq Ermənistandan ala bilər. Əlavə olaraq qərbi Zəngəzur bölgəsində Mis-Molibden Kombinatını da Ermənistan büdcəsinin önəmli hissəsini təşkil edir. Azərbaycan buna qarşı da tələb irəli sürə bilər. Ümumiyyətlə, təzminat kimi çox şey alına bilər. Bu ətraflı araşdırılıb, plan tərtib olunmalıdır. Beynəlxalq məhkəmələrdə məsələni qazana bilsək Ermənistandan istədiyimizi ala bilərik”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Fevral 2025 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri