Icma.az
close
up
RU
Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ənənəvi olaraq hər il fevralın sonu martın əvvəllərində tikinti bazarı aktivləşir. Bu aktivləşmə fonunda  fərdi mənzillər üçün torpaq sahələrinə tələb artır. Tələb artdıqca qiymətlər də yüksəlir. Proqnozlara görə bu il perspektiv inkişaf planına daxil olan torpaqların qiyməti daha çox artacaq”.
Bunu Abşeron yarımadasındakı torpaq sahələrinin qiyməti ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Masazır, Xocəsən, Hökməli, Binəqədi ətrafı və Sulutəpə ərazisində tikinti aktivləşdiyinə görə bu ərazilərdə torpağın qiymətinin daha çox artımı gözlənilir:
“Dənizkənarı ərazilərdəki torpaqlara da tələbat artacaq. Çünki imkanlı şəxslər özləri üçün “bağ evi” inşa etdirməyə üstünlük verirlər. “Bağ evi” üçün də arzuolunan ərazi dəniz sahilləridir. Bu mənada “bağ evləri” üçün torpaq sahələrinə bu il ehtiyac daha böyük olacaq. Ənənəvi olaraq Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Novxanı ərazilərində bağ həvəskarları torpaq axtarır. Hazırda bu ərazilərdə torpağın qiyməti 40-50 min manatdan başlayır. “SEA Breeze”ə yaxın ərazilərdə isə qiymətlər 70-80 minə çatır.
 

Paytaxta gəldikdə isə onu demək olar ki, hazırda ən çox tikinti Nərimanov, Xətai rayonlarında gedir. Xətai rayonun “Qara şəhər” ərazisində, Babək prospektinin və Həzi Aslanov metrosunun ətrafında mənzil tikintisi sürətlə davam edir. Zığ və Hövsan qəsəbələrində də tikinti bumu var. Bu ərazilərdə qiymətlərin artması qaçılmazdır.


Adını çəkdiyim ərazilərdə torpağın qiymətinin 20-25 faiz yüksəlməsi gözlənilir. Qobu-Hökməli yolunun yenidən inşası və Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yeni kompleksin tikintisinə hazırlıq həmin ərazilərdə torpaq sahələrinin qiymət artımını qaçılmaz edəcək”.
Bəs hansı ərazilərdi torpaqların qiymətində böyük dəyişiklik?
Müsahibimiz əsaslı qiymət artımı gözlənilməyən əraziləri də qeyd edib:
“Bəzi ərazilər var ki, orada qiymət artımı gözlənilmir. Qaradağ və Pirallahı rayonlarının, eləcə də Xəzər rayonun cənub-qərb ərazilərində torpaqların qiymətində ciddi artım gözlənilmir. Ən yaxşı halda həmin ərazilərdə qiymətlər çox cüzi yüksələ bilər”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Mart 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri