Icma.az
close
up
RU
Bu ərazilərdə mənzillər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə mənzillər kəskin BAHALAŞACAQ

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir.
Aidiyyəti qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir.
Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 260 qəzalı bina mövcuddur. Qəzalı tikililərin böyük əksəriyyəti paytaxtın payına düşür. Belə ki, Bakıda 228, Sumqayıtda 21, Gəncədə isə 11 qəzalı bina qeydə alınıb.
Paytaxt Bakıda söküntülərin aparılacağı ərazilər artıq müəyyənləşib.
Qəzalı binalar Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarını əhatə edir. Bu binalar mərhələli şəkildə söküləcək, onların yerində isə şəhərsalma tələblərinə uyğun olaraq yaşıllıq zolaqları, parklar, yol infrastrukturu və yeni yaşayış binaları salınacaq.
Qeyd edək ki, proses təkcə təhlükəsizlik məqsədi daşımır, eyni zamanda şəhərlərin ümumi görünüşünün yaxşılaşdırılması və müasir urbanizasiya standartlarına uyğunlaşdırılması hədəflənir. Söküntü və yenidənqurma işlərinin yaxın gələcəkdə başlanması gözlənilir. Hazırda paytaxtın müəyyən ərazilərində aparılan söküntü zamanı əhaliyə 2700 AZN-dək kompensasiya təklif olunur.
Söküntü aparılacaq ərazilərdə yaşayan sakinlərin köçürülməsi və sosial məsələlərlə bağlı qərarların da aidiyyəti qurumlar tərəfindən mərhələli şəkildə açıqlanacağı bildirilir.
Bu layihə təbii ki, daşınmaz əmlak bazarındakı qiymətlərə təsirsiz qalmayacaq.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, bu layihənin icrası daşınmaz əmlak bazarındakı qiymətlərə birbaşa təsir göstərir:
“Bu cür layihələrin icrası ilk növbədə kirayə mənzil bazarına təsir edir. Çünki sökülən evlərin yerəndə çox zaman yeni binalar inşa edilir. Belə vəziyyətdə evləri sökülən sakinlər müəyyən müddətdə haradasa kirayə qalmaq məcburiyyətində qalırlar. Üstəlik, kirayə haqqını tikinti şirkəti ödədiyi üçün sakinlər bu işə həvəslə gedirlər.
 

Yox, əgər sökülən evlərin yenində infrastruktur layihə həyata keçirilirsə, o zaman vətəndaşa birdəfəlik kompensasiya məbləği ödənilir. Belə hallarda isə vətəndaş birbaşa mənzillərin satış seqmentinə müraciət edir. Ona görə də bütün variantlarda söküntülər həm kirayə, həm də satış seqmentinə birbaşa təsir edir. Təbii ki, müraciətlərin sayı artdıqca daşınmaz əmlak bazarında qiymətlər də yüksəlir”.


Müsahibimiz onu da qeyd edib ki, bu layihənin icrası müəyyən vaxt aparacaq:
“Həm investorların tapılması, həm də dövlət büdcəsindən ayırmalar müəyyən bir dövr tələb edir. Bütün hallarda 260 ünvanda növbəlilik əsasında söküntü işlərinə başlanılacaq. Prosesə bu il başlanılaca və bununla əlaqədar olaraq sənəddə adı qeyd olunan şəhərlərdə qiymət artımı gözlənilir. İlkin ehtimallara görə daşınmaz əmlak bazarında 10-15 faiz arasında bahalaşma proqnozlaşdırılır”.
Qiymət artımı nə vaxtadək davam edəcək?
“Reallıq ondan ibarətdir ki, daşınmaz əmlak bazarında qiymət artımı ən azı 2030-cu ilə qədər davam edəcək. Səbəb də odur ki, investisiya cazibədarlığı baxımından daşınmaz əmlak bazarı alternativsizdir. Əgər yaxın 5 ildə alternativ investisiya alətləri - birjalar, qiymətli kağızlar bazarı formalaşarsa, o zaman mənzil bazarında qiymətlər sabitləşə bilər”, - Vüqar Oruc əlavə edib.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Aprel 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri