Bu ərazilərə işləməyə gedən azərbaycanlılara çağırış: “Təhlükəlidir...”
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilib ki, xüsusilə, Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Belə ki, hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb.
“Bu çərçivədə, Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırış edirik.
Bununla yanaşı, rəsmi xəbərdarlıqlara ciddi şəkildə riayət olunmasını və zərurət yarandıqda Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlanılmasını tövsiyə edirik”, - bəyanatda qeyd olunub.
Xatırladaq ki, Ukraynanın Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Bu mövzuda digər xəbərlər:Azad edilmiş ərazilərə gedənlərə Çağırış
24 İyul 2025 17:33
BDYPİ dən sürücülərə çağırış: Dağlıq ərazilərə səfərdə diqqətli olun
28 Dekabr 2025 14:04
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
19 May 2026 13:24
Ukraynada yaşayan azərbaycanlılara çağırış edilib
20 Noyabr 2024 17:43
Mirzoyan azərbaycanlılara çağırış etdi KONKRET
03 Dekabr 2025 23:19
Baxış sayı:109
Bu xəbər 15 İyul 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















