Icma.az
close
up
RU
Bu ərazilərin əhalisinə şad xəbər: yeni iş yerləri RƏSMİ

Bu ərazilərin əhalisinə şad xəbər: yeni iş yerləri RƏSMİ

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Qarabağda və Şərqi Zəngəzurda yerli əhalidən ibarət turizm bələdçiləri hazırlanacaq.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə yeni, həmçinin yerli əhalidən ibarət turizm bələdçilərinin hazırlanmasına başlanılıb.

Ölkə.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xidmət keyfiyyətinin mütəmadi olaraq yüksəldilməsi turizm sahəsində daimi və davam edən proses kimi qiymətləndirilməlidir. 

Bu baxımdan DTA tərəfindən müxtəlif istiqamətli təlimlər keçirilir:

"Məsələn, COP29-a hazırlıq çərçivəsində Azərbaycan Hotel Assosiasiyasının təşkilatçılığı ilə xidmət keyfiyyətinin artırılması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən 300-ə yaxın yerləşmə vasitəsinin 2000 personalına dayanıqlılıq üzrə, eləcə də peşə təlimləri, qeydiyyat, təmizlik, idarəetmə, yerləşmə vasitələrində mətbəx idarəedilməsi ilə bağlı təlimlər keçirilib. 
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 2024-cü il ərzində 100-ə yaxın bələdçinin iştirak etdiyi, 2 dəfə 6 aylıq bələdçilik peşəsi üzrə təlimlər təşkil edilib".

Qeyd olunub ki, eyni zamanda mədəni və yaradıcı sənayenin inkişafı məqsədilə il ərzində Bakı, Quba, Qusar, Lənkəran, Masallı, Astara, İsmayıllı, Şamaxı, Şəki, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərən yaradıcı sənaye nümayəndələri (sənətkarlar) üçün təlimlər təşkil edilib:

"Habelə rəqəmsal bacarıqların artırılması və aqroturizm subyektlərinin inkişafı əsas götürülməklə 9 bölgədən 226 iştirakçı cəlb olunub. Həmçinin Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə həm sərbəst, həm də hotellərin tərkibində fəaliyyət göstərən 220 ictimai-iaşə müəssisəsindən ümumilikdə 500-dən çox sənaye üzvü üçün təlimlər təşkil edilib. Təlimlərdə qida təhlükəsizliyi, milli və beynəlxalq menyular, veqan/vegeterian paketlərinin gündəlik menyuya daxil edilməsi texnikası, mətbəxlərdə karbon emissiyasının azaldılması, qida iaşə fəaliyyətlərində ekoloji dayanıqlılığın təmini, müştəri məmnuniyyətinin təkmilləşdirilməsi və mətbəx xidməti kimi bir sıra mövzularda əhatə olunub".

Məlumatda vurğulanıb ki, 2024-cü ilin 24 oktyabr - 4 noyabr tarixləri arasında  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə yeni turizm bələdçilərinin hazırlanması məqsədi ilə təlimlər keçirilib, cəlb olunan 18 nəfərdən 16-sı təlimləri müvəffəqiyyətlə başa vurub:

"Təlimlər Ümumdünya Bələdçilər Federasiyasının təyin etdiyi standartlar əsasında Azərbaycan Turizm Bələdçilər Assosiyasiyası tərəfindən keçirilib. Əsas məqsəd Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə yeni, həmçinin yerli əhalidən ibarət turizm bələdçilərinin hazırlanması idi. Bütövlükdə, Agentlik tərəfindən ixtisaslı kadr potensialının keyfiyyətli turizm təhsili ilə birbaşa əlaqəsi nəzərə alınaraq turizm peşə və ali təhsil sisteminin inkişafının təmini və turizm təhsilinin idarə edilməsi işinin təşkili müəyyənləşdirilib".

"Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesi üzrə kadrların ixtisaslaşması məqsədilə birbaşa və dolayı yollarla tədbirlər icra edilməkdədir. Agentliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm və Menecment Universiteti bu istiqamətdə ali, Mingəçevir Turizm Kolleci orta-ixtisas və Bakı Turizm Peşə Məktəbi peşə təhsili təklif etməkdədir. Bu təhsil müəssisələrinin insitutsional imkanlarının gücləndirilməsi, eləcə də təhsilin keyfiyyətinin qaldırılması və beynəlxalq standartların tətbiq edilməsi üzrə işlər aparılır", — məlumatda qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri