Icma.az
close
up
RU
Bu evlər hər an uça bilər Xəbərdarlıq

Bu evlər hər an uça bilər Xəbərdarlıq

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Fərdi yaşayış evlərinin tikintisi zamanı texniki tələblərə əməl olunmaması ilə bağlı narahatlıqlar artır. Xüsusilə bünövrənin düzgün qurulmaması, torpaq analizinin aparılmaması və keyfiyyətsiz materiallardan istifadə edilməsi gələcəkdə ciddi risklər yarada bilər. Bu cür nöqsanlar tikilinin dayanıqlığını zəiflədərək çatlar, çökmələr və hətta qəza halları ilə nəticələnə bilər. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən memar Muxtar Ərturan bildirib ki, fərdi yaşayış evlərinin tikintisi zamanı texniki tələblərə əməl olunması vacib şərtdir. 
"Çünki burada əsas məsələ insanların həyat təhlükəsizliyi və tikilinin dayanıqlığıdır. Lakin təəssüf ki, fərdi yaşayış evlərinin tikintisində bu tələblərə əksər hallarda əməl olunmur. Ən sadə nümunə kimi, tikintidən əvvəl aparılmalı olan topoqrafik və geoloji araşdırmaların çox vaxt ümumiyyətlə həyata keçirilmədiyini göstərmək olar. Nəticədə, kim harada və necə istəyirsə, əsasən də daha ucuz başa gəlməsi üçün ev tikdirir və bu da son dövrlərdə müşahidə etdiyimiz problemlərlə nəticələnir".
Ekspert bildirib ki, son yağışlar zamanı bunun bariz nümunəsini gördük: 
"Qaydalara əməl olunmadan, torpaq xüsusiyyətləri öyrənilmədən tikilən evlər su basması və digər ciddi problemlərlə üzləşdi. Bu kimi hallar bəzən faciəvi nəticələrə qədər gətirib çıxara bilər. Təhlükəsizlik baxımından digər mühüm amil isə tikinti zamanı keyfiyyətsiz inşaat materiallarından istifadə olunmasıdır. Betonun keyfiyyətinin aşağı olması, düzgün marka seçilməməsi, armaturun keyfiyyətsiz və ya standartlara uyğun olmayan materialdan hazırlanması tikilinin dayanıqlığını ciddi şəkildə zəiflədir. Təəssüf ki, Azərbaycanda tikilən fərdi yaşayış evlərinin böyük hissəsi bu baxımdan keyfiyyət tələblərinə cavab vermir".
Onun sözlərinə görə, bundan əlavə, bünövrənin möhkəmliyi məsələsi də xüsusi əhəmiyyət daşıyır. Bünövrənin dayanıqlığı yalnız beton və armaturdan asılı deyil, əsasən torpağın xüsusiyyətləri, xüsusilə də qrunt sularının səviyyəsi və geoloji quruluşu ilə müəyyən olunur. Bu məlumatlar olmadan hansı materialdan istifadə ediləcəyini düzgün müəyyənləşdirmək mümkün deyil. Təəssüf ki, həm Bakıda, həm Abşeron yarımadasında, həm də digər bölgələrdə çox sayda fərdi evlər kustar üsulla tikilir. Bu tikililər zahirən cəlbedici görünsə də, daxili quruluşunda ciddi nöqsanlar mövcud olur və bu da gələcəkdə təhlükəli vəziyyətlərə səbəb ola bilər".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2026 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri