Teo Hernandezin həyat yoldaşından ŞOK ÇAĞIRIŞ: “Əlləri kəsilsin!”
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Teo Hernandezin həyat yoldaşı Milanda baş verən soyğunçuluq görüntülərini şərh edərkən cinayətkarlara qarşı daha sərt tədbirlərin görülməsinə çağırıb.
Kristofoli Səudiyyə Ərəbistanında oğurluğa görə tətbiq edilən cəzaları nümunə göstərərək əvvəlcə bu cür tədbirləri həddindən artıq sərt hesab etdiyini, lakin son hadisələrdən sonra fikrinin dəyişdiyini bildirib.
Onun sözlərinə görə, zorakılıq törədən şəxslərə qarşı güzəşt edilməməlidir. "Səudiyyə Ərəbistanında oğurluq etsən, əllərini kəsirlər! Əvvəlcə düşünürdüm ki, “Bu çoxdur?” İndi düşünürəm ki, bu cür heyvanları sakitləşdirmək üçün başqa seçim yoxdur. Bəhanə yoxdur, sadəcə onları məhv etmək lazımdır!", - o qeyd edib.
Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Tənqidlərdən sonra Kristofoli növbəti açıqlamasında irqçilikdə ittiham edilməsini rədd edib. O bildirib ki, İtaliya, Fransa və digər Avropa ölkələrində baş verən zorakılıq və iğtişaşların səbəbləri açıq şəkildə müzakirə olunmalıdır.
“Baş verən hadisələr qarşısında özümüzə sual verməyə cəsarət etməliyik: Niyə bu həddə gəlib çatdıq? Səhv nədədir? İllər ərzində nəyi nəzərə almadıq? Bəzi vəziyyətləri idarə etmək niyə bu qədər çətinləşib? Bu sualları vermək irqçi olmaq demək deyil”, – deyə o vurğulayıb.
Kristofoli əlavə edib ki, zorakılığın səbəblərini anlamaq və problemin böyüməsinin qarşısını almaq vacibdir. O, zorakılığın heç bir halda qəbul edilə bilməyəcəyini bildirib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Oktyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















