Icma.az
close
up
RU
Bu faciəni də rus xalqının tarixinə və vicdanına yazırıq

Bu faciəni də rus xalqının tarixinə və vicdanına yazırıq

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


İndi Rusiyanın özü də bir dövlət kimi artıq kontrolunu itirib. Azərbaycanın mülki təyyarəsinin onun ərazisində vurulması Rusiyanın beynəlxalq imicinə özünün vurduğu ən böyük zərbədir.
Bunu üzr istəməklə də düzəldə bilməz.
Artıq bütün dünya gördü ki, Rusiya çaşqınlıq içərisindədir, müdafiə xətti asanlıqla pozula bilir, hava hücumundan müdafiəni belə düzgün ola bilmir.
Vurduğu təyyarədəki çarəsiz insanlara yardım etmək əvəzinə, onları bu insani yardımdan məhrum etməsini bütün dünya gördü. Bunu rus xalqı da görür hər halda.
Bu hal ola bilməz ki, böyük rus xalqında millət olaraq, məsuliyyət hissini gözardı edə, bu zalım və qaba davranışa görə öz dövlətinə haqq qazandıra. Bu durum rus xalqının vicdanına, ruh halına təsirsiz ötüşə bilməz. Çünki yardıma ehtiyacı olan insana əl uzatmamaq, onu hətta bilərəkdən ölümün ağuşuna atmaq heç ortaçağ insanının təfəkküründə də olmayıb bəlkə.
Bu gün Rusiya çalışır ki, bu dəhşətli faciəni ört basdır etsin, uzaqbaşı Çeçenistan rəhbərliyinin səhv qərarı kimi təqdim etməyə də çalışılır.
Ola bilər ki, Çeçenistan rəhbərliyi yanlışlıqla təyyarəmizi vurub, bunu anlayışla qəbul etmək olardı. Bu hadisə hansısa hərbiçinin səhv qərarı kimi də yozula bilərdi. Lakin vurulan təyyarənin sağ-salamat endirilməsinə icazə verməyən, ona humanitar insani yardım etməkdən boyun qaçıran heç kimsəyə, heç bir dövlətə haqq qazandıra bilmərik.
Rusiya iki yüz ildən çoxdur ki, bizim bir millət olaraq faciələrimizin əsas yaradıcısı, ssenaristi və icraçısı olub. Təqvimdəki bütün qara günlər, tariximizdəki acılı, məğlubiyyətli nə varsa son iki yüz ildə böyük əksəriyyəti Rusiyanın müəllifliyi ilə baş verib. Bunu heç zaman unutmadıq zatən.
Böyük imperiya ola bilir, gücümüz yetməyə bilir. Amma bilinməlidir ki, biz də bütün nifrətimizi, çarəsizliyimizi rus xalqının vicdanına yazmışıq.
İnanmıram ki, Rusiya ləyaqətli bir şəkildə törətdiyi bu hadisə üçün üzr istəsin. Bu da bizə qarşı onların törətdiyi faciələrdən biri olaraq, tarixə keçəcək.
Bu faciəni də rus xalqının tarixinə və vicdanına yazırıq!
Bu da belə bilinə!
İlqar İlkin
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri