Icma.az
close
up
RU
Şahin Seyidzadə: Azərbaycan bu faciəni ləyaqətlə yaşadı

Şahin Seyidzadə: Azərbaycan bu faciəni ləyaqətlə yaşadı

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"20 Yanvar faciəsi xalqın döyüş ruhunu, əyilməzliyi və qürurunu nümayiş etdirdi"


"Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 35 il ötür". 

Bu barədə "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Şahin Seyidzadə deyib. Millət vəkili vurğulayıb ki, Sovet ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olub, 400 nəfər həbs edilib, 744 nəfər yaralanıb, 4 nəfər itkin düşüb:


 "Bütün bunlara baxmayaraq, qaniçən Mixail Qorbaçov və digərləri Azərbaycan xalqının iradəsinə hakim ola bilmədi. Əksinə, 20 Yanvar günü Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi tarixə düşdü. Qara Yanvar hadisələri yenidənqurma dövründə, uydurulmuş "Dağlıq Qarabağ" münaqişəsi fonunda baş verdi. SSRİ-nin süqutu zamanı Azərbaycan ərazilərinin işğalı ilə bağlı öz çirkin planlarını həyata keçirməyə çalışan radikal erməni millətçiləri marionet Mixail Qorbaçovun başçılıq etdiyi sovet rəhbərliyindən öz məqsədləri üçün alət kimi məharətlə yararlandılar. Bu məqsədlə erməni planlarının həyata keçirilməsinə mane olan Ulu Öndər Heydər Əliyev vəzifəsindən uzaqlaşdırıldı. Sovet rejimi M.Qorbaçovun əli ilə böyük siyasi xadim Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaqla erməni separatizminin yolunu açdı və erməni lobbisinin planlarına göz yumdu".

Parlament üzvü bəyan edib ki, 20 Yanvar qətliamı ərəfəsində yaşanan proseslər Azərbaycan xalqının siyasi özünüdərkinin inkişafına təkan verdi: 


"Azərbaycan vətəndaşlarının öz respublikasının ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu nümayiş etdirdi. Bakıdakı Qanlı Yanvar müstəqillik uğrunda mübarizə aparan hər kəs üçün aşkar dərs oldu. Azərbaycan milli hərəkatının yüksəlişini şərtləndirən əsas amil isə Qarabağ problemi idi. Mərkəzin Qarabağ böhranının həlli istiqamətindəki uğursuz və məkrli “səyləri”, respublika rəhbərliyinin Azərbaycanın milli maraqlarını qoruya bilməməsi, Ermənistandan və Qarabağdan qovulmuş azərbaycanlıların acınacaqlı vəziyyəti xalqın hiddətinə səbəb oldu. Vətəndaşlar narazılıqlarını bildirmək üçün dinc aksiyalara çıxdılar. Təəssüflər olsun ki, həmin dövrdə respublikada xalqı düzgün istiqamətə yönəldə biləcək rəhbər, qüvvə yox idi".

Deputat vurğulayıb ki, xalqın qəzəbindən qorxuya düşən keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi: "Ağır texnika və müxtəlif növ silahlardan istifadə etməklə dinc əhaliyə qarşı qırğınlar həyata keçirildi. Bakıda xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər törədildi. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları da var idi. Sovet ordusu hissələrinin Bakıya daxil olması Azərbaycan üçün böyük faciəyə çevrildi. O müdhiş gecədə doğma torpağının, xalqının azadlığı uğrunda, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları şəhidlik zirvəsinə ucalaraq canlarından keçdilər.

Günahsız insanların böyük itkilərə və məhvinə səbəb olan 20 Yanvar faciəsi Azərbaycan xalqının döyüş ruhunu, əyilməzliyini və qürurunu nümayiş etdirdi. Bu qanlı faciəyə ilk münasibətini bildirən Ümummilli Lider Heydər Əliyev oldu. Xalqına sevgisini növbəti dəfə nümayiş etdirən Heydər Əliyev həyatını riskə ataraq nümunə sərgilədi. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu faciəni törədənləri kəskin tənqid etdi. Ulu Öndər baş verənləri qanunsuz, demokratiyaya yad, ölkədə humanizm, hüquqi dövlət quruculuğu prinsiplərinə tamamilə zidd hesab edərək blokadaya məqsədli şəkildə salınmış Azərbaycanın səsini dünyaya çatdırdı. Xüsusilə qeyd etmək lazımdır ki, Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət yalnız Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra verilib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il martın 29-da, 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilib. Milli Məclisin qəbul etdiyi Qərarda 20 yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi".


Şahin Seyidzadə bəyan edib ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır:

 "Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.

Zaman göstərdi ki, Azərbaycan xalqı bu faciəni ləyaqətlə yaşadı. Bütün bu illər ərzində Azərbaycan xalqı 20 Yanvar şəhidlərini ehtiramla yad edir, onların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzür. Müxtəlif ölkələrdən Azərbaycana təşrif buyuran qonaqlar ilk növbədə Şəhidlər xiyabanına gəlir və canları bahasına respublikanın müstəqilliyini qazananların qarşısında baş əyir, ehtiramlarını bildirirlər. Həmin ağrı-acılı günlərdən uzun zaman keçsə də, xalqımız 20 Yanvar faciəsini unutmur. Hər birimiz üçün unudulmaz tarixə çevrilən 20 Yanvar qətliamını qürurla anır, azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizi qədirbilənliklə yad edirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Yanvar 2025 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri