Bu futbolçu daha Qarabağ da oynamayacaq TRANSFER
“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən "köhlən atlar"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, “Qarabağ”dan ayrılan Romao Macarıstanın "Ferentsvaroş" klubuna keçib.
AzNews.az
Baxış sayı:87
Mənbə:https://www.aznews.az