Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

Milla adını dəyişir

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

Fələstinli qız Türkiyədə müalicə olunacaq

Bu generalın heykəli şəhərimizdən rədd edildi

Bu generalın heykəli şəhərimizdən rədd edildi

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan Baş Prokurorluğunda tarixi istintaq materialları saxlanılır. Onlardan birində qeyd edilir ki, Sovet ordusunun marşalı Baqramyan adına erməni batalyonunun Abxaziyada gürcülərə qarşı soyqırım törədilib. Şahidlərin ifadəsinə görə ermənilərdən ibarət bu dəstə deyirdi: “Abxaziya sizin idi, indi oldu bizim –Abxaziya kiçik Ermənistandır, Böyük Ermənistanın qərb sahilləridir”.

Qafqazda gürcü və Azərbaycan xalqına qarşı soyqırımların birbaşa iştirakçısı olan, Sovet dövründə azərbaycanlı zabitlər, generallar və əsgərlərə qarşı terror həyata keçirən, Daşnaksütun Partiyasının fəal üzvü olan, 1897-ci ildə hazırkı Şəmkir rayonunun Çardaxlı kəndində doğulan İvan Xristoforoviç Baqramyanın əsl adı Ovanesdir, atasının adı isə Xaçaturdur. Bu adam karyera naminə öz adını da, atasının adını da dəyişib.

1915-ci ildə Rusiya imperiyasının Gürcüstanın Axalsixe bölgəsindəki 116-cı ehtiyat piyada alayında xidmət edib və burada yüzlərlə gürcünün həyatına son qoyub. Daha sonra isə indiki İran ərazisindəki hərbi əməliyyatlara yollanıb, Həmədan döyüşlərində iştirak edib. Daşnaksütyun Partiyasının üzvü kimi Osmanlı torpaqlarında və Qafqazda türklərə və digər müsəlman xalqlara qarşı amansız terrorlar həyata keçirib.

O, general Movses Silikyanın komandanlığı altında Birinci Ermənistan Respublikasının erməni diviziyasının 3-cü piyada və 1-ci süvari alaylarının tərkibində türk qoşunlarına qarşı döyüşlərdə iştirak edib. Həmçinin Azərbaycan Cümhuriyyətinə qarşı Zəngəzur döyüşlərinə qatılıb.

Erməni tarixçiləri Baqramyan haqqında əfsanələr yaradaraq onu alman faşizmi üzərində qələbəni təmin edən müharibə qəhrəmanına çeviriblər və hətta İvan Baqramyanı İosif Stalinin ən yaxın sirdaşlarından biri kimi təqdim ediblər. Əlbəttə ki, bütün bunlar mif və əfsanədir. Baqramyan istənilən an şəxsi maraqlarına uyğun olaraq mövqeyini dəyişə bilən bir insan idi. Əvvəlcə Rusiya İmperiya ordusunda xidmət etmiş, sonra Daşnak ordusuna keçmiş, türklərə qarşı vuruşmuş və sonra Qırmızı orduya daxil olmuşdur. Öz rahatlığını və karyerasını təmin etmək üçün hər vasitədən istifadə etmiş, hiyləgər manevrlərlə özünü və hərbi karyerasını qorumuşdur.

İkinci dünya müharibəsi zamanı Xarkov döyüşlərində məğlubiyyət SSRİ-nin ən uğursuz əməliyyatlarından biri kimi tarixə düşüb. Bu uğursuzluğun əsas müəlliflərindən biri də Baqramyan olub ki, məhz həmin ərəfədə o, cənub-qərb cəbhəsinin qərargah rəisi vəzifəsində xidmət edib. Baqramyanın qeyri-peşəkarlığı sayəsində Xarkov əməliyyatı zamanı sovet ordusunun 180 minə qədər döyüşçüsü, 900-dən artıq texnikası məhv edilib, 250 min nəfər əsir götürülüb. Bununla da alman qoşunlarının Stalinqrada və Qafqaza yolu açılıb. Daha sonra da Baltik cəhbəsində və digər yerlərdə minlərlə əsgər və zabit onun səriştəsizliyinin qurbanı olub.

Stalinin qəzəbindən onu Jukov və Mikoyan xilas edib. O isə dayanmaq bilməyib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ölümündə birbaşa günahkar olan bu şəxs “Molotov kokteyli”nə görə Nobel mükafatına namizədliyi irəli sürülən Yusif Məmmədliyevin sənədlərinə qol çəkilməsinə mane olub. Baqramyan eyni zamanda Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun da ölümündə birbaşa günahkardır. Bağırovun vasitəsilə Yaltaya müalicəyə göndərilən qəhrəman elə ilk gün orda rəhmətə gedir. Məlum olur ki, onun ölümünə fitva Baqramyan tərəfindən verilir. Erməni tibb bacısının vurduğu zəhərli iynə Qəhrəmanın ömrünə son verir. Sonradan Baqramyanın göstərişi ilə tibb bacısı olan erməni digər yerə köçürülür.

Erməni tarixçiləri Baqramyanın guya Stalinlə əla münasibətləri olduğunu sübut etməyə çalışsalar da, bu, həqiqətə uyğun deyil. Baqramyanın adı Stalinin nüfuzlu hərbi xadimlər siyahısına daxil edilməyib. Nə qədər çalışsa da, Stalindən nə marşal rütbəsi, nə də Qələbə ordeni ala bilməyib. Mikoyan bunu Stalindən dəfələrlə istəsə də, Baqramyanın arzuları gerçəkləşməyib. Stalin Jukovun, Mikoyanın və Vasilevskinin marşal rütbəsi üçün verdiyi ərizələrə belə baxmayıb və qəti şəkildə imtina edib.

Xruşşovun hakimiyyətə gəlməsi Baqramyanın karyerasında daha bir uğurlu mərhələ oldu. Məhz bu illərdə o, Mərkəzi Komitənin üzvü və SSRİ Ali Sovetinin deputatı seçildi, həmçinin marşal rütbəsinə yüksəldildi. Xruşşov onu bir vaxtlar Baqramyanı ölümdən xilas etmiş marşal Jukovun sui-qəsdindəki fəal roluna görə yüksək qiymətləndirdi.

Sovet dövründə milli məsələnin qarşısı hər cəhdlə alınsa da, bu şəxs vəzifəsindən istifadə edərək Parisə gedir və islam dünyasına qarşı amansız terrorlar keçirən Andranikin məzarı üstündə “1918-ci ildə vətənim üçün ən çətin illərdə birgə olmaq şərəfinə layiq olduğum Ermənistanın əfsanəvi qəhrəmanı Andranikin əbədi xatirəsinə. O.Baqramyan” yazılan çələng də qoyur.

Bu caninin heykəli işğal illərində Xankəndidə var idi. Azərbaycan Ordusu onun heykəlini torpaqları azad edəndən sonra layiq olduğu yerə, zibilliyə atıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Noyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see649

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see353

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see242

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see240

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see226

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see222

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see222

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see221

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see220

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see218

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see216

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see216

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see213

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see191

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see173

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

01 Oktyabr 2026 10:41see173

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see168

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see164

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see161

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri