Icma.az
close
up
RU
Bu gün 4 kanal var ki, onları bağlayardım

Bu gün 4 kanal var ki, onları bağlayardım

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Düzdür, çox gecdir. İttifaqlar mənə tabe olsaydı, musiqimizi düzəldərdim. Tək mədəniyyət naziri vəzifəsinə işləməklə Azərbaycan mədəniyyətini xilas etmək mümkün deyil".

Axşam.az xəbər verir ki, bunu "Qapqara" yutub layihəsində Əməkdar artist Teymur Əmrah "Musiqimizi ağ günə çıxarmaq üçün sizə səlahiyyət verilsəydi, nə edərdiniz" sualına cavab verərkən deyib. Sənətçi bildirib ki, bəzi telekanalları bağlayardı:

"Çünki reklam ən çox efirdən gedir. Televiziya Şurası mənim balansıma gəlməlidir. Bu gün 4 kanal var ki, mən onları bağlayardım. Ehtiyac yoxdur verlilişləri dəyişməyə. Balaca ölkəyə 4 kanal bəsdir. Bu 4 kanalda da intellektual verilişləri artırardım. Qoy, xalq instaqramda, tik-tokda hara istəyirlərsə baxsınlar. Vaxt gələcək və oyanacaqlar ki, kanallarda intellektual verilişlər gedir. Və Mədəniyyət Nazirliyinin balansında olan teatrlarda, filarmoniyalarda, mədəniyyət şöbələrində, muzeylərdə çox güclü attestasiya keçirərdim".

O, efirə buraxılan ifaçıların bəzi kriteriyalara cavab verməli olduğunu bildirib:

"Problem müstəqil kanallardadır. 3-4 il əvvəl cənab Prezident mədəniyyət xadimlərini qəbul etdi. Orada Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə xahiş etdi ki, televiziyalarda Bədii Şura olsun. Onlar da dediki, olsun. Azərbaycan Dövlət Televiziyasına Bədii Şuraya lazımi adamlar seçildi. Deyək ki, orada Xalq artistləri Mübariz Tağıyev, Faiq Sücəddinov var. Müstəqi kanallara isə toyxanadan gəlib, hansısa yollarla Xalq artisti adına kimi qalxanı gətirib, Bədii Şuraya rəhbər qoydular. Xalq artisti Xuraman Qasımova Azərbaycan Dövlət Televiziyasının Bədii Şurasındadır. O, özü gəlib "Xəzər TV", ARB, ATV kanalında Bədii Şurada olsaydı, toyxanadan gəlib Xalq artisti olanları efirə buraxmayacaqdı. Deyərdi ki, "Siz Xalq artisti ola bilərsiz, amma ifanızda estetika, məktəb yoxdur. Siz keyfiyyətli özfəaliyyət ifaçısısınız. Siz Bədii Şurada otura bilməzsiniz". Yəqin kimsə lazım olan insanlara deyib ki, bizim arağı da, özfəaliyyət müğənnisini də reklam etməyə ixtiyarımız var. Çünki buraya pul ödənilir, özümüz-özümüzü maliyyələşdiririk".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://axsam.az
archiveBu xəbər 14 İyul 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri