Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləşdə 6 təmsilçimiz mübarizə aparacaq.
Əvvəlcə İslam Bazarqanov (61 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq) və Ali Tsokayev (92 kq) xalça üzərinə çıxacaq.
Axşam seansında isə Arseniy Cioyev (86 kq) final görüşünü keçirəcək. Güləşçimizin rəqibi amerikalı dörqat dünya çempionu Kayl Deyk olacaq.
Giorgi Meşvildişvili (125 kq) bürünc medal duelində gücünü sınayacaq.
DÇ noyabrın 1-də yekunlaşacaq.
Komandamızın aktivində hələlik 3 medal var: yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub, Nihat Məmmədli (63 kq) gümüş mükafat əldə edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 31 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















