İki güləşçimiz final görüşünə çıxır
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq.
Elnurə Məmmədova (50 kq) təsnifat mərhələsində Polşa idmançısı Aqata Valerzakla üz-üzə gələcək.
Günay Qurbanova (59 kq) isə 1/4 finalda almaniyalı Elena Bruqqerlə qarşılaşacaq.
Bu gün həmçinin, Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yer uğrunda Suner Konunovla (UWW) qarşılaşacaq.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 Aprel 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















