Çində yeni tendensiya Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu qeyri-adi "ev heyvanları" xüsusi qulluq tələb etmir. Kərpicin üzərinə gündə bir neçə dəfə su püskürtmək və mamırın böyüməsini gözləmək kifayətdir. Kərpicə su vermək unudularsa belə, ciddi problem yaranmır. Bu zaman mamır sadəcə "qış yuxusuna" gedir.
Qeyri-adi hobbinin əsas məqsədi gənclərə stress və tənhalıqla mübarizədə kömək etmək, onlara həyatlarında məşğuliyyət və məna qazandırmaqdır.
Lakin bu məşğuliyyətin mənfi tərəfləri də var. Belə ki, kərpiclərin üzərində kif yarana bilər. Bəzi sahiblər isə gözlərdə qaşınma və burun axmasından şikayət edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 31 Oktyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















