Bu gün Avropa Liqasının qalibi məlum olacaq
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” komandaları bu gün Avropanın ikinci ən böyük klub yarışı olan Avropa Liqasının finalında qarşılaşacaqlar.
Yeniavaz.com xəbər verir ki, qarşılaşma İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı Fransadan olan baş hakim Fransua Leteksye idarə edəcək.
Komandaların finala gedən yolları oxşar olub. “Aston Villa” əsas mərhələdə ikinci yeri tutaraq, birbaşa 1/8 finala yüksəlib. Pley-offda İngiltərə komandası Fransanın “Lill” (1-0, 2-0), İtaliyanın “Bolonya” (3-1, 4-0) və İngiltərənin “Nottinqem Forest” komandalarına (0-1, 4-0) qalib gəlib. “Frayburq” da əsas mərhələdə yeddinci yeri tutaraq, birbaşa 1/8 finala yüksəlib. Almaniya komandası daha sonra Belçikanın “Genk” (0-1, 5-1), İspaniyanın “Selta Viqo” (3-0, 3-1) və Portuqaliyanın “Braqas” komandalarını (1-2, 3-1) məğlub edib.
Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub.
Bu mövzuda digər xəbərlər:Avropa Liqasının qalibi məlum oldu
25 Aprel 2026 20:34
Bu gün UEFA Çempionlar Liqasının qalibi məlum olacaq
31 May 2025 11:52
UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi məlum olacaq
21 May 2025 11:38
Tottenhem Avropa Liqasının qalibi olub
22 May 2025 00:59
Avropa Liqasının qalibi klubsuz qaldı
30 May 2026 16:59
Baxış sayı:134
Bu xəbər 20 May 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















