Icma.az
close
up
RU
Bu gün Azərbaycan xalqı təkcə qələbəni deyil, həm də quruculuğun, yenidən dirçəlişin sevincini yaşayır

Bu gün Azərbaycan xalqı təkcə qələbəni deyil, həm də quruculuğun, yenidən dirçəlişin sevincini yaşayır

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Tarixin yaddaşına qızıl hərflərlə həkk olunmuş günlər var. O günlər ki, bir millətin həm ağrı-acısını, həm də yenilməz iradəsini özündə birləşdirir. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, Azərbaycan xalqı tərəfindən təntənə ilə qeyd olunur. Cənab Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün təkcə işğaldan azad edilən torpaqların sevincini deyil, həm də 30 illik mübarizənin, minlərlə qəhrəman oğul və qızımızın canı və qanı bahasına qazanılmış milli qürurumuzu ifadə edir. Azərbaycanın haqq səsi, ədalətli mövqeyi bütün beynəlxalq müstəvilərdə illərlə səsləndirildi. Xalqımız heç vaxt işğalla barışmadı, “Böyük Qayıdış” ideyasını daim ürəyində yaşatdı. O gün gəldi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, rəşadətli ordumuzun gücü ilə Ermənistanın və separatçı silahlı dəstələrin tör-töküntüləri birdəfəlik torpaqlarımızdan qovuldu. Azərbaycan dövləti tarixində yeni səhifə açıldı. Cənab Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızı qaldıraraq tarixi bir anı əbədiləşdirdi:

“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Mən şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Bu sözlər sadəcə bir siyasi bəyanat deyil, xalqın əsrlərlə çəkdiyi həsrətin, gözləntisinin, inamının gerçəkliyə çevrilməsi idi. 2023-cü ilin 8 noyabrında Xankəndidə keçirilən möhtəşəm hərbi parad Azərbaycan dövlətinin qüdrətini, xalqın birliyini bütün dünyaya nümayiş etdirdi. Qarabağın tacı olan Şuşanın azad edilməsindən sonra düşmənin təslim olması ilə başa çatan Vətən müharibəsi və onun davamı olan lokal antiterror tədbirləri əslində milli dövlətçilik tariximizin ən böyük qələbələrindən biri kimi əbədi qalacaq. Cənab Prezidentin sözləri ilə desək: “Bu, tarixi hadisədir. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə yaxınlaşdırırdıq.” İndi azad olunmuş torpaqlar dirçəlişin, inkişafın məkanıdır. Qarabağ Universitetinin yaradılması, Ağdərə rayonunun təşkil edilməsi, idman və mədəniyyətin yeni nəfəs alması – bunların hər biri dövlətimizin strateji baxışının təzahürüdür. Qarabağda yeni həyat başlayıb. Xankəndidə “Qarabağ” komandasının futbol oyununun keçirilməsi, mehmanxanaların, məktəblərin, uşaq bağçalarının açılışı, beynəlxalq tədbirlərin təşkili bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsi kimi inkişaf edir.

Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri sadəcə protokol hadisəsi deyil, hər dəfə milli qürurumuzun təntənəsi olur. Dövlət Bayrağının ucaldılması, Novruz tonqalının alovlandırılması, Qarabağ Universitetinin, körpələr evinin, yeni yaşayış məhəllələrinin, mədəniyyət ocaqlarının açılışı – bütün bunlar göstərir ki, dövlət başçısı azad edilmiş torpaqları həyatın, mədəniyyətin, elm və təhsilin, diplomatiyanın mərkəzinə çevirir. Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü, Qarabağ Universitetində açılış mərasimləri, Şuşa Qlobal Media Forumunun Qarabağın azad ruhunda baş tutması Azərbaycanın regiondakı lider mövqeyini daha da möhkəmləndirdi. Xocalının azad olunması, soyqırımı qurbanlarının xatirəsinə ucaldılan memorial, ilk sakinlərin doğma yurda qayıdışı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Ağdərənin kəndlərində, Hadrutda, Tuğda, Qırmızı Bazarda salınan yeni yaşayış məhəllələri isə gələcəyin etibarlı təməlidir. Bəli, bu gün Azərbaycan xalqı təkcə qələbəni deyil, həm də quruculuğun, yenidən dirçəlişin sevincini yaşayır. 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü artıq hər il dövlətçilik tariximizin əbədi səhifəsi kimi qürurla qeyd ediləcək. Çünki bu gün sadəcə bir tarix deyil, millətin bütövlüyünün, iradəsinin, gücünün, Müzəffər Ali Baş Komandanın və xalqın birliyinin simvoludur.

Zamir Güvəndiyev,

YAP Şəmkir rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri