Icma.az
close
up
RU
Bu gün Beynəlxalq Olimpiya Günüdür

Bu gün Beynəlxalq Olimpiya Günüdür

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülüb.

İdman.biz xəbər verir ki, ilk Beynəlxalq Olimpiya Günü 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunub.

Bu günü daha təntənəli şəkildə və bütün Milli Olimpiya Komitələrinin iştirakı ilə qeyd etmək üçün 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib. Artıq 77 ildir ki, bütün dünyada Beynəlxalq Olimpiya Günü qeyd edilir. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya Hərəkatının işıqlı ideallarına həsr olunub.

1894-cü ildə Olimpiya Hərəkatını təşkil etmək, populyarlaşdırmaq və ona rəhbərlik etmək üçün nəzərdə tutulmuş orqan yaradıldı. Bu orqan Beynəlxalq Olimpiya Komitəsi adlandırıldı.

Elə həmin il, 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə dair konqresdə on iki ölkənin nümayəndəsinin iştirakı ilə məşhur fransız öz tarixi məruzəsini edilib. Məruzədə o, konqresin iştirakçılarını Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış edib.

Sonra konqres müasir tarixdə ilk Olimpiadanın keçirilməsi barədə qərar qəbul edib. Bu Olimpiada 1896-cı ildə Afinada keçirilib: on üç ölkənin 311 atleti Olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparıb. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Yalnız İkinci Dünya müharibəsi dövrü istisna təşkil edir.

BOK-un rəhbərliyi altında 33 Yay Olimpiya Oyunu və 23 Qış Olimpiadası keçirilib.

Bütün dünya idmançıları arasında Beynəlxalq Olimpiya Gününü yarışlar və müxtəlif tədbirlər keçirməklə qeyd etmək qəbul olunub. Ən çox iştirakçı cəlb etməklə atletlərin kütləvi qaçışlarının təşkili daha kütləvi xarakter alıb.

Beləliklə, Olimpiya Xartiyası adlanan xüsusi sənəddə şərh olunmuş əsas Olimpizm prinsipi təbliğ edilir. Xartiyada deyilir: “Olimpiya Hərəkatının məqsədi gəncləri idmanın köməyi ilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etmək və beləliklə, daha yaxşı və firavan dünya yaratmağa kömək göstərməkdir”.

Beynəlxalq Olimpiya Günü hər il Azərbaycanda da qeyd olunur. 1992-ci ildən müstəqil dövlət olaraq Olimpiya Hərəkatına qoşulan Azərbaycan 1996-cı ildən etibarən hər il ölkəmizdə Beynəlxalq "Olimpiya Günü"nü qeyd edir.

1997-ci ildə Milli Olimpiya Komitəsinə cənab İlham Əliyev prezident seçildikdən sonra Azərbaycanda Olimpiya Hərəkatı geniş vüsət almağa başlayıb. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Azərbaycanın hər bir yerində yeni və müasir idman komplekslərinin tikintisinə başlanılıb. Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələri üçün örnək olub. Ulu Öndər Heydər Əliyev tərəfindən Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncamın imzalanması, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verib. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi. Həmin zamandan Azərbaycanda idman və Olimpiya Hərəkatının inkişafında da böyük canlanma və intibah dövri başlayıb.

1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarında iştirak edib. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunub.

Azərbaycan idmançıları bu illər ərzində 8 Yay Olimpiya Oyunlarında və 6 Qış Olimpiya Oyunlarında iştirak edib və ümumilikdə 9 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 İyun 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri