Icma.az
close
up
RU
Bu gün bir daha ağrıdım...

Bu gün bir daha ağrıdım...

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Az qala 34 il bundan əvvəlin söhbətidir: Prezidentin dövlət səfərində - jurnalist heyətinin tərkibində Türkiyəyə getmişdim. Bu, mənim qardaş ölkəyə ilk gəlişim idi. Çox yaxşı keçirdi səfər, maraqlı görüşlər olurdu.

Onunla həmin vaxt nümayəndə heyətinin Ankarada qaldığı "Şeraton" otelinin lobbisində tanış olmuşduq. Onlar üç nəfər idi - əslən Naxçıvandan olan Abdulla (soyadını unutmuşam), indi artıq hamının yaxşı tanıdığı jurnalist Əvəz Zeynallı və Ələsgər Məmmədli.

Çox gənc yaşdaydılar; Azərbaycandan Türkiyəyə təhsil almağa göndərilmiş ilk tələbələrdən idilər.

Çox bilgili, yaşlarına görə çox geniş dünyagörüşlü və məlumatlı cavanlar idi. Abdulla hələ o zaman - Universitetdə oxuya-oxuya dövlət sistemində türk və rus dilləri arasında tərcüməçi kimi işə də düzəlmişdi.

Mən onları rəhmətlik Mayis Əlizadənin vasitəsilə tanımışdım. Elə sevinmişdim ki!

Əvəz Zeynallı

Bu cavanlar - Azərbaycanlı tələbələr Türkiyədə olduqları o qısa müddətdə qardaş ölkədə gedən siyasi proseslərə, siyasi sistemə, bu proseslərin iştirakçılarına o qədər yaxından və dərindən bələd ola bilmişdilər ki, heyran qalmamaq mümkün deyildi. Hətta Əvəz Zeynallı o görüşdə bizə öz proqnozunu da açıqladı. Dedi: "İstanbul bələdiyyə başqanı Rəcəb Tayyip Ərdoğan Türkiyə siyasətinin parlayan ulduzudur, o, yaxın zamanda hakimiyyətə gələcək, baş nazir olacaq".

Aramızda müəyyən yaş fərqi olsa da, mən, dediyim kimi, bu gənclərin ağlına, analitik düşüncə qabiliyyətinə heyran qalmışdı. Öz-özümə deyirdim: bu uşaqlar universiteti bitirdikdən sonra, Azərbaycana qayıdıb, dövlət sistemində yüksək mövqelərə gələcəklər, ölkəyə fayda verəcəklər. Buna layiq və qadir olduqlarına inanmışdım.

Ancaq hadisələr elə cərəyan etdi, tale elə gətirdi ki, heç də düşündüyüm olmadı. Abdulladan bu gün də xəbərim yoxdur. Ələsgərlə Əvəz Azərbaycana qayıtdılar. Artıq ölkədə siyasi vəziyyət kökündən dəyişmişdi. Bu şəxslər yeni hakimiyyət dövründə dövlət sistemindən kənarda qaldılar. Tam da bilmirəm: bəlkə də özləri istəmədilər.

Ələsgər Əhmədoğlu

Doğrudur, hər ikisi cəmiyyət quruculuğuna bacardığı qədər öz töhfəsini verməyə çalışdı. Biri hüquqçu kimi, hüquq müdafiəçisi, hüquq maarifçisi kimi, o biri jurnalist, publisist, media təşkilatçısı kimi. Ancaq dövlət işinə cəlb edilmədilər. Hər ikisinin sonrakı taleyini isə bilirsiniz.

Dövlətin bu cür yüksək təhsilli, ölkəsinə bağlı intellektualdan istifadə etməməsinə, yaxud edə bilməməsinə həmişə çox heyfslənmişəm. Bu gün də o hissi keçirirəm.

Əvəz Zeynallı ilə dövlətin birbaşa təması, təəssüf ki, istintaq və məhkəmə vasitəsilə olmuşdu. İkinci həbsdən isə o, ağır xəstəlik taparaq çıxıb. Allah şəfa versin!

Ələsgər Məmmədliyə gəlincə, onun da yolu istintaqdan, məhkəmədən keçdi: bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV" işi üzrə proses başaçatıb və 9 nəfərə hökm oxunub. Onlar uzun müddətə azadlıqdan məhrum ediliblər. Həmin şəxslərdən biri də Ələsgər Məmmədlidir. Məhkəmə onu 14 il müddətinə (!) azadlıqdan məhrum edib.

Mən bu hökmə xüsusi olaraq şərhvermək istəmirəm: hər şey onsuz da göz qarşısındadır.

Mən başqa bir nüansa toxunmaq istəyirəm. Bu iki şəxs - Əvəz Zeynallı və Ələsgər Məmmədli əslində çoxdan və çox şeydən məhrum olunmuşdular. Dediyim kimi, dövlət quruculuğunda iştirakdan məhrum edilmişdilər. Bu adamlar deputat ola bilərdilər, nazir Ali Məhkəmədə hakim, yüksək səviyyədə prokuror ola bilərdilər (şişirtmirəm, həqiqətən o potensialları var idi - şans olsaydı, o məqamlara yetişə bilərdilər). Ancaq bu gün ölkə bu şəxslərin simasında iki çox perspektivli kadrını itirib.

Mən hardasa 34 il əvvəl - daha dəqiq desəm, 33 il 9 ay əvvəl bu iki intellektual Azərbaycanlıya görə necə qürurlanmışdımsa, necə ümidlənmişdimsə, indi iki o qədər üzülürəm, təəssüflənirəm.

Vallah-billah, onlarla elə də yaxın olmamışıq. Hətta Əvəz Zeynallı mənə də öz qəzetində atmaca atmışdı. Ancaq bu, mənim Əvəz Zeynallıya münasibətimi dəyişməmişdi. Adam atmaca atıb da, Allah eləməsin, güllə atmayıb ki. Əsas odur, onlar müstəqilliyin ilk illərində ölkədən kənarda yüksək təhsil alıb, ölkəsinə üçün qayıtmış, faydalı olmağa çalışmış insanlardı. Belə insanları bu və ya başqa formada (özü də canlı-canlı!) itirməyimiz məyusedicidir. Axı biz bu ölkə coğrafiyasında sayca çox deyilik. Oxuyub, yetişib püxtələşmiş adamlarımızın biliyindən, bacarığından faydalana bilərik.

Biz çox tez-tez "beyin axını" haqda danışırıq. Elə "beyin"lər də var, heç ölkədən axıb getmir, ölkədə qalır. Özü də istifadəsiz. Nə fərqi var, o potensial ölkədən getdi, itirildi, yoxsa qaldı, itirildi?! Nəticə eynidir.

Belə adamların həbsi məni həmişə çox ağrıdır. Bu gün də Ələsgər Məmmədliyə görə bu ağrını bir daha hiss etdim...

P.S. Əvvəl də yazdığım kimi: axı qanunda qətiimkan tədbiri təkcə həbs deyil. Adamların şəxsiyyəti, cəmiyyət üçün faydalılıq əmsalı heçmi nəzərə alına bilməz?!

Bilmirəm. Sadəcə, yazılı düşünürəm....

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 İyul 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri