Bu gün Çempionlar Liqasında FİNAL OYNANILIR
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Bu gün UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün final oyunu keçiriləcək.
Modern.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək final matçında Fransanın PSJ və İngiltərənin "Arsenal" komandaları üz-üzə gələcək.
Görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi UEFA-nın elit kateqoriyalı referisi Daniel Zibert olacaq. Ona yan xətlərdə həmyerliləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. VAR otağında isə digər bir almaniyalı hakim Bastian Dankert əyləşəcək.
Budapeştdəki "Puskas Arena"da keçirləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, PSJ ötən il Çempionlar Liqasının qalibi olub.
"Arsenal" isə tarixində ilk dəfə Çempionlar Liqasının finalına çıxıb.
UEFA Çempionlar Liqası
Final
30 may
20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 30 May 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















