Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir

Icma.az, Azertag saytına istinadən bildirir.

Ağırlığım, uğurluğum odlara

Bakı, 3 mart, AZƏRTAC

Qışın şaxtasını qovmağa gücü yetən tək bir qığılcım kifayətdir. Bu gün o qığılcım hər bir ocaqda alova çevrilir...

Novruz Azərbaycan xalqının ən qədim və zəngin bayramlarından biridir. Yeni ilin başlanğıcı kimi qeyd olunan bu bayram təbiətin oyanışını, yenilənməni və bərəkəti simvolizə edir. Novruz ənənələri yaradılışın dörd əsas ünsürü - su, od, yel və torpaqla bağlı mərasimləri özündə birləşdirir. Bayramdan əvvəlki Boz ayın ikinci çərşənbəsi Od çərşənbəsi adlanır. Xalq arasında buna "Üskü çərşənbə", "Addı çərşənbə" də deyilir. Bu gün qədim türklərin Günəş və od inancı ilə bağlıdır. Od insan həyatında həm məişət, həm də sakral məna daşıyıb: insanı soyuqdan və təhlükədən qoruyub, eyni zamanda, təmizləyici və qoruyucu qüvvə kimi qəbul edilib.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev AZƏRTAC-a açıqlamasında Od çərşənbəsinin mahiyyətindən danışıb.

Alim bildirib ki, xalq yaradıcılığında od və ocaq anlayışı geniş yer tutur. Atalar sözlərində od həm yaradıcı, həm də dağıdıcı qüvvə kimi təqdim olunur: “Odsuz ocaq olmaz”, “Od ilə oynamaq olmaz”, “Od yanan yerdən tüstü çıxar”. Ocaq həm də ailə birliyi, bərəkət və davamlılıq rəmzidir. “Ocağın sönməsin”, “Ocağın bərəkətli olsun” kimi alqışlar bu inancın ifadəsidir. Beləliklə, Od çərşənbəsi qədim od kultunun bu günə qədər yaşadığını göstərən mühüm mərasimdir. Burada od kosmik nizamın, sosial həmrəyliyin və mənəvi yenilənmənin rəmzi kimi çıxış edir və Novruz ənənələrinin ayrılmaz hissəsini təşkil edir.

Ağırlığım, uğurluğum odlara

Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından yaranıb. Əcdadlarımız inanırdılar ki, odu nə qədər əziz tutsalar, Günəş torpağı bir o qədər tez isidər, təbiət vaxtında oyanar. Bu günün ən vacib ayini, sözsüz ki, tonqal qalamaqdır. Adətə görə, tonqalın üzərindən tullanarkən keçən ilin dərdi-səri, uğursuzluğu həmin alovda yanır. İnsanlar "Ağırlığım, uğurluğum odlara" deyərək mənfi enerjidən təmizlənirlər. Unutmayın, qədim inanca görə, bayram tonqalını söndürməzlər; o, özü yanıb külə dönməlidir.

Tonqal həm də istilik, işıq, bolluq və məhsuldarlıq rəmzidir. Qədim dövrlərdə dağ zirvələrində tonqal qalamaq həm bayram xəbəri yaymaq, həm də ictimai həmrəylik yaratmaq məqsədi daşıyırdı. Bu motivə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir; burada tonqal həm sakral, həm də xəbərdarlıq və birlik rəmzi kimi təqdim olunur.

Bölgələrdə Od çərşənbəsi – ənənələr yaşayır

Azərbaycanın müxtəlif bölgələrində Od çərşənbəsi özünəməxsus şəkildə qeyd olunur. Tonqalların işığında bir araya gələn insanlar, qədim inancları yaşadaraq, birlik və həmrəylik ruhunu daha da möhkəmləndirirlər.

Bakı və ətraf bölgələrdə küçələrdə, meydanlarda tonqallar yandırılır, insanlar alovun ətrafında toplaşaraq şənlik edirlər. Şəki, Qax və Zaqatalada ailələr həyətlərində böyük tonqallar qalayır, qonşular birlikdə bayram edirlər. Bu bölgədə külək tonqalı alovlandırdıqca insanlar bir-birinə “Bərəkətli olsun” deyə diləklər edirlər. Qarabağ bölgəsində – xüsusilə Ağdam, Füzuli və Şuşada – keçmişdə tonqalın ətrafında yallılar gedilər, sazlı-sözlü məclislər qurulardı. Naxçıvanda hər evdə üzərlik yandırılır, tonqalın külü isə səhər tezdən axar suya tökülür. Cənub bölgəsində isə Od çərşənbəsi odun və suyun vəhdəti kimi qəbul edilir. Tonqal qalamaqla yanaşı, bulağa gedib suya niyyət etmək də yayılmış bir adətdir.

Süfrənin bərəkəti: İsti və ruzili nemətlər

Od çərşənbəsində süfrələrin də öz rəngi və mənası var. Bu gün daha çox isti və “odlu” xörəklərə üstünlük verilir. Süfrəyə bərəkət rəmzi olan plovun gəlməsi, şirniyyatların düzülməsi ailənin ruzisinin bol olacağına işarədir. Paxlava, şəkərbura kimi şirniyyatlar bolluq və şirin həyat arzusunu ifadə edir.

Odun rəmzi olan qırmızı rəngli elementlər (məsələn, səməninin belinə bağlanan qırmızı lent) xüsusi məna daşıyır. Qırmızı rəng həyat enerjisini, gücü və qoruyucu qüvvəni simvolizə edir.

Ənənəvi olaraq qovrulmuş çərəzlər – fındıq, badam, qoz və noxud da olur. Bu çərəzlər məhsuldarlığın və ruzinin artmasını ifadə edir. Şirniyyatlardan şəkərbura, paxlava və qoğal hazırlanır, çünki bunlar Novruz süfrəsinin ayrılmaz hissəsidir.

Ruhun və düşüncənin təmizlənməsi

Od təkcə istilik deyil, həm də işıqdır. Qədim inanclara görə, Od çərşənbəsində evin hər küncündə şam yandırmaq qaranlıq düşüncələri və mənfi enerjini evdən uzaqlaşdırmaq deməkdir. İşıq nurun, saf niyyətin və ümidin rəmzidir.

Bu gün küsülülər barışmalı, insanlar bir-birinə xoş söz deməli, işıqlı gələcək arzulamalıdır. Çünki od yalnız fiziki istilik deyil, həm də mənəvi istilik gətirir.

Od çərşənbəsi təkcə alovun yox, həm də qəlblərin isinməsi, mehribanlıq və paylaşımın simvoludur. Buna görə də süfrə nə qədər zəngin olarsa, evə bir o qədər bolluq və xoşbəxtlik gətirəcəyinə inanılır.

Od çərşənbəniz mübarək! Həyatınız həmişə işıq, sevgi və bərəkətlə dolsun!

Gülay Nəzərova- müxbir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri