Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır AZƏRTAC

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 dekabr, AZƏRTAC

6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.

Bu gün ictimai həyatın, eləcə də iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, rabitə xidmətləri və ən müasir informasiya texnologiyaları olmadan fəaliyyət göstərsin. Müasir dünyada insanların həyatını telefon və poçt rabitəsi, radio, televiziya, rəqəmsal texnologiyalar, internetsiz təsəvvür etmək mümkünsüzdür. Bu xidmətlərin hər biri bizim gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi 18 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq təsis edilib.

Azərbaycan rabitəsi qədim və zəngin tarixə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirib. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulub. 1881-ci il dekabrın 6-da isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olub. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.

Heç şübhəsiz ki, Azərbaycanda rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra mühüm qərarlar qəbul edilib. Ümummilli Lider haqlı olaraq qeyd edirdi ki, müasir informasiya-kommunikasiya texnologiyaları sisteminə malik olmayan hər hansı bir dövlətin iqtisadi inkişafından söhbət gedə bilməz.

Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövründə vüsət alıb. Onun diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub. Dahi lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikanın rabitə sistemində böyük nailiyyətlər əldə olundu. 1974-1980-ci illərdə təkcə Bakı şəhərində ümumi tutumu 164 min 400 nömrə olan ATS-in tikilib istifadəyə verilməsi planlaşdırıldı və həyata keçirildi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edildi.

Rabitə sahəsində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları sektorunu, informasiya və biliklər iqtisadiyyatının inkişafını ölkəmizdə prioritet sahə elan edib.

Ölkəmizdə bu sahənin inkişafına yönəlik bir sıra milli strategiyalar, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul edilib. 2005-ci ildə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib, Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı yaradılıb. Həmçinin bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb. Bu tədbirlərin nəticəsi olaraq, Azərbaycanda genişzolaqlı İnternet infrastrukturu inkişaf etdirilib, vətəndaşların təhlükəsiz, keyfiyyətli və sərfəli İnternet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilib.

2018-ci ildə transport (daşıyıcı transmissiya avadanlıqları) şəbəkə sistemlərinin yenilənməsi layihəsi çərçivəsində DWDM (Dense Wavelength Division Multiplexing) kanalların dalğa uzunluğuna görə sıxlaşdırılması avadanlığı, sıx dalğa uzunluğunu bölmə multipleksoru texnologiyasının tətbiqinə başlanılıb. MPLS (Multi Protocol Label Switching) - etiketlərin istifadəsinə əsaslanan çox protokollu şəbəkələrdə sürətli paket keçid texnologiyasının tətbiqi həyata keçirilib. Plana müvafiq olaraq layihənin əsas hissəsi 2023-cü ildə yekunlaşıb. Hazırda tranzit dəhlizlərinin yaradılması ilə birlikdə şəbəkədə genişləndirmələr və müvafiq proqram təminatlarının yenilənməsi həyata keçirilir.

2019-cu ildə “Aztelekom” MMC-nin kommutasiya şəbəkə sistemlərinin yenilənməsi layihəsi çərçivəsində İMS (IP Multimedia Subsystem) internet protokolu əsasında idarə olunan çoxsaylı giriş şəbəkələrində işləyən və səs trafiki mübadiləsinin idarə edilməsi funksiyasını daşıyan yeni texnologiya tətbiq edilib. Bu texnologiyanın tətbiqinin nəticəsi olaraq kommutasiya şəbəkə sistemlərinin coğrafi baxımdan tam olaraq ehtiyatlanmasi, alternativliyi təmin edilib. Prosesin tamamlanması və tam miqrasiyasının həyata keçirilməsi işləri 2025-ci ildə yekunlaşacaq. 2022-ci ildən etibarən “Aztelekom” MMC-nin magistral fiber-optik transport şəbəkəsinin alternativliyinin təmin edilməsi üçün yeni magistral kabellərin tikintisinin davam etdirilməsi üzərində intensiv işlər aparılır. Bu layihənin də 2025-ci ildə yekunlaşması nəzərdə tutulub.

2021-ci ildən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində görülmüş işlər nəticəsində 2,965.3 min və ya 99,4 faiz ev, mənzil və biznes subyekti yüksəksürətli, sabit genişzolaqlı internet xidmətləri ilə əhatə olunub.

Nazirliyin məlumatına əsasən, layihə üzrə 2024-cü ilin ötən dövrü ərzində Azərbaycanda əlavə olaraq 1,05 milyondan çox ev, mənzil və biznes subyektinin (təsərrüfat) yüksəksürətli sabit genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə isə 3 milyona yaxın təsərrüfat yüksəksürətli sabit genişzolaqlı internetlə əhatə olunub.

2024-cü ilin sonunadək bütün ölkə ərazisinin yüksəksürətli sabit genişzolaqlı şəbəkə ilə təchiz edilməsi planlaşdırılır. Ölkə ərazisində fəaliyyət göstərən internet provayderlərinin sayı 160-ı keçib. Azərbaycanda hazırda əhalinin 89.2 faizi internet istifadəçisidir. Ölkə əhalisinin mobil şəbəkə ilə əhatə faizi 100 faiz, 4G şəbəkəsinin əhatə dairəsi isə 100 faizə yaxındır. Bu da Azərbaycanda elektron xidmətlərin həcminin artmasına, vətəndaşların bu xidmətlərdən daha yaxşı istifadə etmələrinə gətirib çıxarır. O cümlədən elektron dövlətin, elektron vətəndaşın inkişafı istiqamətində də bir sıra nailiyyətlər əldə olunub.

2022-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətlər üzrə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində tədbirlərin təşkili, magistral yol layihələrinin hazırlanması, bərpa və quruculuq işlərinin bir hissəsi də telekommunikasiya infrastrukturunun tikintisi və qurulması ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi olaraq “Aztelekom” MMC Laçın şəhərində 800 evdə, Şuşa şəhərində isə ilkin olaraq 500 evdə GPON texnologiyasının tətbiq olunması üçün layihə hazırlayıb və şəbəkə quraşdırıb. Həmçinin Laçın rayonunun Zabux və Sus kəndləri də GPON texnologiyası əsasında layihələndirilib. “Aztelekom” MMC tərəfindən Xankəndi, Xocalı ərazilərində internet magistral xətti və genişzolaqlı internet şəbəkəsi təmin edilib. Qarabağ bölgəsinin bütün rayonlarına beynəlxalq telefon kodu verilib.

Bu gün ölkəmizdə rəqəmsal transformasiya istiqamətində bir sıra layihələr həyata keçirilir. Bu layihələrin icrasında aktiv rol oynayan qurumlardan biri də regionun ən böyük bulud xidməti provayderi olan “AzIntelecom” MMC-dir. Dövlət başçısının müvafiq Fərmanı ilə həyata keçirilən “Hökumət buludu” layihəsi çərçivəsində qurumlar öz informasiya sistemlərini tam və ya qismən “AzInTelecom”a məxsus Data mərkəzlərinə yerləşdirirlər. Bundan başqa, 2 il əvvəl yaradılan “SİMA” yeni nəsil rəqəmsal imza artıq onlayn xidmət sektorunda yeni standartlar formalaşdırıb. Hazırda 3 milyondan çox istifadəçisi olan “SİMA İmza” mobil tətbiqində 1000-dən çox elektron xidmət mövcuddur. Azərbaycanda hazırda iki Data Mərkəz tamamilə beynəlxalq standartlara uyğun və karbonsuzlaşdırılmış tikinti materiallarından istifadə etməklə tikintisi davam etdirilir.

Azərbaycanın rəqəmsallaşma siyasəti üç əsas sahə ətrafında qurulub - rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. “Mygov” platforması əsas xidmətlər üçün vahid rəqəmsal interfeys təmin edərək vətəndaşların hökumətlə qarşılıqlı əlaqə tərzini dəyişdirdi. Artıq vətəndaşlar fiziki şəxsiyyət vəsiqələri ilə eyni hüquqi statusa malik olan, müxtəlif dövlət xidmətlərinə çıxışı asanlaşdıran platforma vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə etmək imkanına malikdirlər. Platforma evlilik, doğum və ölüm kimi əsas həyat hadisələri ilə bağlı prosesləri sadələşdirir, şəxsi ziyarətlərə və sənədləşmə işlərinə ehtiyacı azaldır. Hazırda 600 mindən çox istifadəçi “Mygov”dan istifadə edir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatına əsasən, növbəti 3 ildə “Mygov” üzərindən 10 həyat hadisəsinin aktiv edilməsi, ölkə üzrə “digital.login”dən istifadənin, habelə hökumət xidmətləri üçün ödənişlərin 100 faizə çatdırılması hədəflənir. Agentlik rəqəmsallaşmanın və innovasiyaların dayanıqlı tətbiqi ilə son iki ildə ətraf mühitin qorunmasına müsbət töhfə verən rəqəmsal məhsullar ərsəyə gətirib. Belə ki, “digital.bridge” Milli Məlumat Mübadilə sistemi kağız istifadəsini azaldır, effektivliyi artırır və rəqəmsal dövlət xidmətlərini daha da əlçatan edir. Həmçinin Rəqəmsal Sənəd Dövriyyəsi ilə ildə 2000, “digital.bridge” sayəsində isə ildə 10 min ağac qorunur.

Həmçinin ölkəmizdə kosmik sənayenin formalaşdırılması, biliklər iqtisadiyyatının əsasını təşkil edən yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi sahəsində də mühüm addımlar atılıb. Artıq Azərbaycanın kosmosda özünəməxsus orbital mövqeyi var. Bu o deməkdir ki, Azərbaycan artıq 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib, müəyyən bir orbital mövqe sırf ölkəmizə müəyyən tezliklər üçün ayrılıb. Hazırda Azərbaycan istədiyi zaman orbitə peyk qaldıra bilər. Kosmik sahədə Azərbaycan istənilən vaxt xidmətlər təqdim edir. “Azərkosmos” peyk xidmətlərindən əlavə, ötən ildən etibarən kosmik sahə üzrə biliklərin ixracına da başlayıb. Beynəlxalq arenada “Azərkosmos”un intellektual məhsuluna böyük maraq var. Belə ki, Bəhreyn Krallığı, Mozambik, İraq, Toqo, Seneqal kimi ölkələrə “Azərkosmos”un intellektual məhsulu ixrac olunur.

Bu il aprelin 24-də “Azərkosmos” qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. İki dildə hazırlanmış rəqəmsal platformada iqlim dəyişikliklərinin kosmik təsvirlər əsasında müqayisəli təhlili aparılıb. Platformadakı təhlillər beş istiqaməti – qar örtüyü və buzlaqlar, su ehtiyatları, quraqlıq və şoranlaşma, kənd təsərrüfatı ərazilərini və atmosferin dəyişməsini əhatə edir. Ölkəmizdə iqlim dəyişikliyinin kosmik monitorinqlər əsasında ilk belə ətraflı rəqəmsal hesabatı “Azersky” peyki sayəsində hazırlanıb. Peyk resursları böyük, əlçatmaz ərazilərin effektiv qiymətləndirilməsi üçün maddi xərclər və resurs baxımından optimaldır. “Azərkosmos” həmçinin 2024-cü ildə “Yaşıl siyasət” sənədini qəbul etdiyini açıqlayıb. Belə ki, ötən ildən BMT-nin “Qlobal Saziş” təşəbbüslərinə qoşulan qurum öz əməliyyatlarında, kosmik aparatların inkişafı, buraxılışı, orbitdəki fəaliyyəti və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirini minimuma endirməyi hədəfləyir.

Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü uzaqgörən siyasi iradəsindən və ölkəmizin yüksək iqtisadi potensialının sübutudur.

Rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı daim ölkə Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Belə ki, peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində çalışan 11 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri