Icma.az
close
up
RU
Bu gün sizi nə gözləyir? BÜRCLƏR

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Qoç - peşəkar fəaliyyət üçün işgüzar yazışma və danışıqların böyük əhəmiyyəti var. İnformasiya mübadiləsini unutmayın. Səfər, danışıqlar, sənədlərlə iş üçün günün ilk yarısı əlverişlidir.

Günün ikinci yarısında işlərin və ya tapşırıqların bir hissəsinin həvalə oluna biləcəyi etibarlı adamı tapın.

Yaxınlarınız qəfil qərar, əməllə sizi heyrətləndirə bilərlər. Baş verənləri dərhal dəyərləndirmək asan deyil. Olaylarda müsbət yönlər də var. Mənfi emosiyaların təsiri altına düşməyin.

Buğa - yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Sağlam məntiq yardımçınız olsun. Bu minvalla bir sıra problemləri həll edə bilərsiniz. Məqsədə çatmaq üçün trivial olmayan yollardan istifadə edin.

Günün ikinci yarısı bilik və bacarıqların artırılması, yeni məlumatların əldə olunması üçün əlverişli zamandır.

Yaxınlarınızla təmaslarda soyuqluq, laqeydlik, hadisələrə başdansovdu yanaşma olmamalıdır. Sevdiyiniz insanı sevindirməyə çalışın.

Əkizlər - köç vəy va mənzillə bağlı məsələlərin həlli üçün əlverişli zaman deyil. Dövlət qurumlarına, hakimiyyət strukturlarına müraciəti ertələyn. Maksimal dərəcədə diqqətli olun. Birgə layihənin həyata keçirilməsində maraqlarınızı ani hisslərə qurban verməyin.

Günün ikinci yarısı tədqiqat, potensialın və imkanların dəyərləndirilməsi üçün faydalıdır. Dəyər verdiyiniz insanlarla münasibətləri aktivləşdirin. Əhvalınız normal olmasa da, ciddi və diqqəli davranın. Belədə ailə üzvlərinin nigaranlığı da aradan qalxar.

Xərçəng - işlərə ciddi yanaşın. Emosiyalarınıza nəzarət edin. İşdə rəhbərlik və həmkarlarla təmaslarda diqqətli olun. Yaxın ətrafınızdakı insanlar qarşısında sərt tələblər qoymayın. İradların sayını artırmağa dəyməz.

Günün ikinci yarısında hadisələrin axarına təsir edə bilməsəniz, əhvalınız korlanacaq. Axşam saatlarına yaxın sevdiyiniz insanla gəzintiyə çıxın. Kitab ala bilərsiniz. Səhhətinizə fikir verin.

Şir - bacarıq və təcrübənizi artırmaq üçün yaxşı zamandır. Təhsil alırsınızsa, biliklərin yeni sahəsinə maraq oyana bilər. Nüfuzunuzu artırın. Statusunuzda dəyişikliklər olacaq. Yaxın ətrafınızdakı yeni simalardan birinə səlahiyyət və məsuliyyətlərinizin bir hissəsini həvalə edə bilərsiniz.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Ağrılar hiss etsəniz, yalnız sınanmış, anladığınız dərman preparatlarından istifadə edin. Yeni pəhrizə başlamaq, gün rejimini dəyişmək üçün münasib zaman deyil.

Qız - işləri nizama salın. Yaşam arealında təxirəsalınmaz tədbirlərə ehtiyac var. Adi günlərdən fərqli olaraq detallara və xırdalıqlara xüsusi fikir verin. Yaxın ətrafınızdakı insanların məsləhətinizə ehtiyacı var. Çətin problemlərin həllində irəliləyişlər ola bilər.

Günün ikinci yarısı pedaqoji və ya elmi fəaliyyətlə məşğul olanlar üçün yaxşı zamandır. Ünsiyyətdə səmimi, adekvat olsanız, gərəkli anda gərəkli sözləri deməyi bacarsanız, irəliləyiş qaçılmazdır. Kainatın mərkəzi olduğunuzu düşünməyin. Sadə, təvazökar olun. Ailə üzvlərinin dediklərinə qulaq asın.

Tərəzi - ətrafınızdakı bəzi insanların ikili həyatı sizi çılğına döndərməsin. Maskaların yırtılmasına hələ çox var. Sonucda məxfi məlumatı əldə edə bilərsiniz. Bu, baş verməsə belə, zahirdə görünənlə müqayisədə batindəki məğz sizi daha çox narahat etməlidir.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanları sərt tənqid etməyin. Dərs demək fikrinə düşməyin.

Səs-küylü məclisə, insanların çox olduğu yerə yollanmayın. Axşam saatlarını yaxınlarınız və sevdiyiniz insanlarla birlikdə keçirin.

Əqrəb - yaşam təcürbənizə güvənərək avantüralara qatılmayın. Velosiped ixtira etməyə dəyməz. Daha təcrübəli insanın məsləhətinə və ya başlamaq istədiyiniz işə bələd şəxsin dediklərinə qulaq asın. Belədə problemi daha asan və tez həll edə bilərsiniz.

Günün ikinci yarısında intensiv əməkdaşlıq bir sıra problemləri çözməyə imkan verəcək.

Axşam saatlarında asan və maraqlı ünsiyyət istisna deyil. Romantik macəra da ola bilər. Yaxınlarınızla münasibətlərinizi gərməyin. Hər şey sizin əlinizdədir. Situasiyaya təsir edərək fikir ayrılığının münaqişəyə çevrilməsinə imkan verməyin.

Oxatan - problemi şəxsi görüşdə daha məhsuldar şəkildə həll etmək olar. Şablon qaydada çalışmayın. Yaxın ətrafınızdakı insanların hərəkətlərinin motivasiyasını anlamağa çalışın. Fərdi təmaslarda xeyir var.

Günün ikinci yarısında uzunmüddətli səfərlər və alış-veriş məsləhət deyil.

Yaxınlarınızla söhbətdə təmkinli davranın. Haqlı olduğunuzu həddən ziyadə emosional şəkildə sübuta yetirməyə çalışmayın. Məntiq və arqumentlərə sığının. Səbrli olun, çünki qarşı tərəf dediklərinizlə asanlıqla razılaşmayacaq.

Oğlaq - aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün sivil vasitələrin hamısından istifadə edin. Yeni predmeti araşdırmaq, danışıqlar aparmaq, səfərə yollanmaq üçün pis gün deyil.

Günün ikinci yarısında xeyirxah və nikbin olun. Yaxın ətrafınızdakı insanlara kömək edin. Doğrudur, onların bəziləri hisslərinizi və əməllərinizi layiqincə dəyərləndirməyəcəklər.

Ailədəki mühiti yaxşılaşdırmaq üçün xırdalıqlara fikir verməyin. Bəzən kiçik hədiyyə və ya gül dəstəsi romantik münasibətlərin təməlini qoya bilər. Subaysınızsa, yeni tanışlıq ola bilər.

Dolça - sizi tənqid edən insanın dedikləri peşə fəaliyyətinizə müsbət təsir edəcək nüanslara çevrilə bilər. Problemlərin müzakirəsindən çəkinməyin. Səhvləri tərəfdaş və ya şəriklə birlikdə təfərrüatlı formada nəzərdən keçirin.

Günün ikinci yarısında hisslərinizin rəvan olacağına bel bağlamayın. Yaxınlarınız əminlik və stabillik istəyirlər. Onlar sizdən yardım gözləyirlər. Seçim etməlisiniz. Ya prinsiplərinizə sadiq qalmalı, ya da ailə üzvlərinə güzəştə gedərək mövqeyinizdə dəyişikliklər etməlisiniz.

Balıqlar - olaylarla bağlı şəxsi fikriniz ətrafınızdakı insanlar üçün maraqlı deyil. Başqasının fikirləri ilə ya razılaşmalı, ya da münaqişə situasiyası yaratmaq bahasına olsa da, mövqelərinizdən geri çəkilməməlisiniz.

Şəraitə uyğunlaşmağa çalışmayın.

Günün ikinci yarısı güzəştlər zamanıdır. Uğursuz situasiya əhvalınızı korlaya bilər. Öhdəsindən daha yaxşı gəldiyiniz işlə məşğul olun. Tələsməyin.

Yaxınlarınızla təmaslarda sadə və səmimi olun. Onların dediklərini anlamağa çalışın. Ailə üzvlərinin arqumentləri və niyyətləri sizin üçün ciddi əhəmiyyət kəsb etməlidir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://mia.az
archiveBu xəbər 25 Noyabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see364

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see330

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see311

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see303

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see295

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see293

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see284

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see282

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see247

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see241

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see232

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see228

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see227

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see226

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see223

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see221

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see216

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see214

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see213

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri