Icma.az
close
up
RU
Ermənistan Gürcüstan bağları: dünən, bu gün, sabah...

Ermənistan Gürcüstan bağları: dünən, bu gün, sabah...

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

(I bölüm)
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti hazırda Ermənistana işgüzar səfərdədir.
Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib, daha sonra Ermənistan və Gürcüstan iqtisadi işbirliyi üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçirilib. Gürcüstanın Xarici işlər naziri Maka Boçorişvili İrəvanda keçirilən Ermənistan-Gürcüstan Hökumətlərarası İqtisadi Komissiyasının XIV iclasını iki ölkə arasında işbirliyinin inkişafı üçün yaxşı fürsət kimi dəyərləndirib.
Onun fikrincə, səfər çərçivəsində iki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat, turizm, təhsil və b. sahələrdə işbirliyinin gələcəyi ətraflı müzakirə ediləcək.
Haqq üçün deyək, xanım Boçorişvili Xarici işlər naziri kimi ilk səfərini elə bu ay Azərbaycana etmiş və “bu mənim üçün şərəfdir” demişdi. Maka Boçorişvili vurğulamışdı ki, ölkələrimiz arasındakı işbirliyi siyasi-iqtisadi münasibətlərdə yeni imkanlar yaradır. – Bəli, doğrudan da, “Azərbaycanla strateji tərəfdaşlıq Gürcüstan üçün önəmlidir”.
Onu da vurğulayaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də ölkəmizdə işgüzar səfərdə olmuş, Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirmişdi.
Biz, bu, çoxbölümlü yazımızda Ermənistan-Gürcüstan bağlarının dünəni, bu günü və gələcəyinə dair fikirlərimizi bölüşməyə çalışacağıq. Hesab edirəm, qonşularımızın yalnız bizimlə deyil, bir-biri ilə münasibətləri də bizimçün maraqlı olmalıdır.
***
Ermənistan ilə Gürcüstanın arasındakı bağlar mədəni, dini və siyasi baxımdan qarşılıqlı təsir və işbirliyi ilə yanaşı, zaman-zaman fikir ayrılıqları da göstərib. Ermənistanın Gürcüstandan bəzi iddiaları və Gürcüstanın bu məsələlərə qarşı həssaslığı, onların münasibətlərində müəyyən gərginliklər yaratmamış deyil.
Ermənistanın bəzi dairələrində Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinə dair əsassız iddialar səsləndirilir. Son qərinələr boyu əsasən erməni əhalisinin məskunlaşdırıldığı bu bölgə, Ermənistan üçün “tarixi ərazi” kimi təqdim edilir. Lakin bu iddiaların tarixi və hüquqi baxımdan əsassızlığını ağlı başında olan ermənilər özləri də bilməmiş deyil.
Cavaxetiyanın suveren Gürcüstanın ərazisi olduğunu vurğulayan gürcü dövləti, bölgədəki erməni separatizmi ilə bağlı məsələlərdən rahatsızdır. Belə rahatsızlıqlar 2020-ci ilədək daha güclü olub. – Azərbaycanın 44 günlük müharibədəki şanlı Zəfərindən sonra dünya erməniliyi Gürcüstandan torpaq qoparmaq iddialarını da ən azı ertələmiş kimi görünür...
Gürcüstan üçün strateji önəm daşıyan Samtsxe-Cavaxetiya bölgəsində erməni separatizminin hər hansı formada təşviqinin Tiflisdə ciddi rahatsızlıq yaratması başa düşüləndir. Gürcüstan Abxaziya və Güney Osetiya problemlərinə görə ərazi bütövlüyü məsələsində həssasdır və buna görə də Cavaxetiya ilə bağlı iddialara özəl diqqətlə yanaşır.
Gürcüstan Cavaxetiya kimi bölgələrdə etnik dəngənin qorunmasını və separatizmin qarşısının alınmasını prioritet hesab edir. Ermənistandan gələn bəzi təzyiqlər bu sabitliyə təhlükə kimi dəyərləndirilir.
Ermənistan Apostol Kilsəsi Gürcüstan ərazisindəki bəzi qədim kilsələrə və monastırlara dair iddialar irəli sürür. Gürcüstan isə bu kilsələrin tarixi olaraq Gürcü Pravoslav Kilsəsinə məxsus olduğunu bildirir.
Pravoslav dini abidələrinin qorunması Gürcüstan üçün milli kimliyin bir bölümüdür. Erməni kilsəsinin iddiaları bu sahədə gərginlik yaradır və Gürcü Pravoslav Kilsəsi bunu “tarixi təhrif” kimi qiymətləndirir.
Özəlliklə Tiflis və çevrəsindəki dini abidələr üzərində mübahisələr davam edir.
Ermənilər, Gürcüstanda yaşayan erməni azlığının ana dilində təhsil və mədəni hüquqlarının daha geniş təmin edilməsini tələb edir. Gürcüstan bu məsələyə ehtiyatla yanaşaraq, dövlət dilinin qorunmasını prioritet hesab etməkdədir.
Ermənistanın bəzi siyasi dairələri Gürcüstanı Azərbaycan və Türkiyə ilə yaxın bağlarına görə gərəksiz tənqidə tutur və onun dəngəli siyasətinə təsir etməyə çalışır.
Gürcüstan Azərbaycan və Türkiyə ilə enerji və daşımaçılıq layihələrində (məsələn, Bakı-Tiflis-Ceyhan boru xətti, Bakı-Tiflis-Qars dəmiryolu) iştirak edir. Ermənistanın bu layihələrə mane olmaq üçün təzyiqləri Tiflisdə, əlbəttə, xoş qarşılanmamışdır.
Tarixə bir baxış: Gürcüstan-Ermənistan savaşı
1918-ci ilin son ayında 6 aylıq Ermənistan Demokratik Respublikası keçmiş Tiflis quberniyasının Axalkələk (Axalkalaki) və Borçalı qəzalarına qarşı əsassız iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti tarixi torpaqlarını öz sınırları içində birləşdirməkçün fəal dış siyasət yeritsə də, savaşa qoşula bilmədi. Lakin Ermənistan işğalçılıq planlarını savaş yolu ilə çözməyi alternativlərin ən yaxşısı sanırdı. Osmanlı İmperiyası ilə Güney Qafqaz respublikaları arasında bağlanmış Batum anlaşmalarına (1918) əsasən, Gürcüstanla Ermənistanın sınır zolağında türk qoşunları yerləşmişdi. Oktyabrın 18-də türk qoşunları oradan çıxdı və Gürcüstanı müdafiə edən alman qoşunları həmin sınır zolağını tutdu. Lakin I Dünya savaşında (1914-18) uduzmuş Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etməli olunca, Borçalı qəzasının bir xeyli bölümü Gürcüstan hökumətinin nəzarətinə keçdi. Bu arada, Ermənistan Gürcüstana nota verərək, onun Axalkələkdən çıxmasını tələb etdi. Oktyabr-noyabr aylarında tərəflər arasında ittihamlar kəskinləşdi, ermənilər öz xislətlərinə sadiq qalaraq, Axalkələk və Borçalıda təxribatlar, silahlı toqquşmalar törətməyə başladı. Ermənistan Axalkələkə süvari eskadron, Borçalıya isə IV erməni polkunun bölmələrini göndərdi.
09 dekabr 1918-ci ildə hərbi əməliyyatlar başlandı. Döyüşlər azərbaycanlıların toplu yaşadığı – tarixən onlara məxsus olan Borçalı qəzasında gedirdi. Ermənistanın notasına görə, Gürcüstan Borçalı, Axalkələk qəzalarından və Tiflis də daxil olmaqla, eyniadlı qəzanın bir bölümündən imtina etməliydi. Bu yerdə onu da xatırladaq ki, dünyadakı ilk erməni dövləti Tiflis mərkəzli qurulmalıydı; bu mümkün olmayınca Bakı mərkəzli erməni dövləti qurma planları işə düşdü və Şaumyanın başçılığı ilə soyqırımı aktları törədildi; lakin nə Tiflis, nə də Bakı sevdası baş tutmayınca, 1918-ci ildə, tarixdəki ilk erməni dövləti İrəvanı paytaxt elan etməklə quruldu... Əlbəttə, Tiflis, Bakı kimi İrəvanın da yadelli haylara heç bir aidiyyatı yoxuydu...
Bəli, 17 dekabr 1918-ci ildə Gürcüstan Ermənistana rəsmən savaş açdı. Tərəflər arasında hərbi əməliyyatlar dekabrın 18-dən 31-dək sürdü. Savaş Azərbaycanın tarixi torpaqlarına və onun əhalisinə ciddi ziyan vurdu. I Dünya savaşında qələbədən sonra Qafqazda mövqeyi güclənən İngiltərə Ermənistan-Gürcüstan savaşının dayandırılmasında fəal iştirak etdi. Ermənistan tərəfi dekabrın 31-də hərbi əməliyyatları dayandırmağa razı olduğunu bildirdi; ardınca, Gürcüstan hökuməti də bununla razılaşdığını duyurdu.
31 dekabr 1918-ci ildə Tiflisdə Gürcüstan və Ermənistan arasında barış anlaşması imzalandı və bundan 10 gün sonra – 1919 il yanvarın 9-da Tiflisdə Ermənistan-Gürcüstan barış konfransı öz işinə başladı. Konfrans 8 gün sürdü. Ermənistan və Gürcüstan arasında sınır məsələsi Antanta Ali Şurası tərəfindən çözülənədək Borçalı qəzasının quzey bölümünün Gürcüstana, güney bölümünün isə Ermənistana verilməsi, Allahverdi mis mədənlərinin olduğu orta bölgədə isə “neytral bölgə” yaradılması qərara alındı. “Neytral bölgə”nin idarəsi ingilis general-qubernatoruna həvalə edildi. İşə baxın ki, Azərbaycanın qanuni iddiası olan Borçalının müqəddəratının həll olunduğu konfransa Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti çağrılmamışdı; ona görə də Azərbaycanın Tiflisdəki nümayəndəsi, haqlı olaraq, öz ölkəsinin bu qərarı tanımayacağını bildirdi.
Sonralar, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz bürosunun 07 iyul 1921-ci il tarixli qərarı ilə “neytral bölgə” də Ermənistana birləşdirildi. Beləliklə, Borçalının azərbaycanlı əhalisinin öz müqəddəratını təyinetmə hüququ kobudcasına pozuldu, əzəli Azərbaycan torpağı olan, azərbaycanlıların nəsilbənəsil yaşadığı Borçalı bizim iradəmizdən qıraqda bölüşdürüldü və günümüzdə Borçalının Ermənistanda qalan hissəsində tək bir azərbaycanlı belə yaşamır, ermənilər oradan bizim irsimizi, izimizi silməkçün nə mümkünsə edib...
Yazının I bölümünün sonucu olaraq, vurğulayaq ki,
tarixi əsaslardan məhrum və perspektivi olmayan “Böyük Ermənistan” adıyaman ideyasına “əsaslanan” Ermənistanın Gürcüstanın bəzi ərazilərinə iddiası, digər köksüz iddiaları və Gürcüstanın bu məsələlərə qarşı həssaslığı, hər iki ölkə arasında siyasi, mədəni münasibətləri çətinləşdirir. Ayrıca, Abxaziyanın işğalında iştirak edən erməni hərbi bölmələri faktoru da unudulmamalıdır. Bir dövlət onun bütövlüyünə, suverenliyinə qəsd edənləri, hələ-hələ “ələkçinin qıl verənləri”ni necə unudar?
Uzun sözün qısası,
problemlərin çözümü üçün hər iki tərəfin konstruktiv dialoq və beynəlxalq hüququn əsaslarına söykənməsi vacibdir. İş beynəlxalq hüquq və konstruktivliyə gəlincə, ermənilər dərdə düşür – çün, onlar üçün beynəlxalq hüquq da, konstruktiv mövqe nümayişi də gərginlik doğurur, darlıq yaradır...
Biz Ermənistan Respublikasından danışarkən Zəngəzur, Göyçə, İrəvan deyirik, Borçalını isə ya demirik ya çox nadir hallarda dilə gətiririk. Əslində, ermənilər bir də bunu düşünməli, bir də buna görə dərdlənməli deyilmi? Məgər bizim başımızı 30 illik işğalla qatmağın alt qatında həm də tarixi haqlarımızı unutdurmaq durmurdumu?..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Yanvar 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri