Icma.az
close
up
RU
Bu gün təyin olunan səfirlər kimdir? Dosye

Bu gün təyin olunan səfirlər kimdir? Dosye

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə bir sıra səfir təyinatları reallaşıb. Belə ki, Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Milli.Az yeni səfirlərin dosyesini təqdim edir:

Fuad İsgəndərov

1961-ci ildə Bakıda anadan olan Fuad İsgəndərov orta məktəbi bitirdikdən sonra Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq İnstitutuna daxil olub. 1983-cü ildə həmin universitetin Beynəlxalq iqtisadi münasibətlər və ingilis dili üzrə tərcümə fakültəsini bitirib.

O, müxtəlif illərdə bir sıra ixtisasartırma proqramlarında iştirak edib. 1999-cu ilin noyabrında Budapeştdə Beynəlxalq Hüquq-Mühafizə Akademiyasının böhranların idarə edilməsi üzrə təlim proqramına qatılıb. 2001-ci ildə ABŞ-ın Harvard Universitetinin C.F. Kennedi İdarəçilik Məktəbinin Qara Dəniz ixtisasartırma proqramında iştirak edib.
2002-ci ilin iyulunda ABŞ Dövlət Departamenti və ABŞ Ədliyyə Nazirliyinin təşkil etdiyi qanunvericilik üzrə icra kurslarında, 2006-cı ilin yanvarında isə Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Milli Hərbi Strategiya üzrə seminarında iştirak edib.

Rus, ingilis və türk dillərində sərbəst danışır.

Fuad İsgəndərov 1983-1986-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Siyasi iqtisadiyyat kafedrasında aspirant-elmi işçi və dosent vəzifələrində çalışıb. 1984-1985-ci illərdə Azərbaycan Dillər Universitetinin Tərcümə nəzəriyyəsi kafedrasında müəllim işləyib.

2000-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq kafedrasında müəllim kimi fəaliyyət göstərib.

1986-1995-ci illərdə hərbi xidmətdə olub. 1995-ci ilin aprelindən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin İnformasiya və təhlil idarəsinin rəisi vəzifəsində çalışıb. 2002-2006-cı illərdə milli təhlükəsizlik nazirinin müavini olub.

2006-cı ildə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib. Həmin illərdə, 2006-2007-ci illərdə, Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının baş katibi vəzifəsində də çalışıb.

2007-2012-ci illərdə Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri olub. 2012-ci il sentyabrın 25-dən 2021-ci il iyulun 26-dək Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri olub.

2021-ci il iyulun 26-dan Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Məmməd Əhmədzadə

Məmməd Əhmədzadə 1976-cı il oktyabrın 4-də Bakı şəhərində anadan olub.

2010-cu il mayın 25-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2011-ci il martın 15-də Azərbaycanın Paraqvaydakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub. Həmin il aprelin 20-də isə Azərbaycanın Boliviya, Uruqvay və Çilidəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2016-cı il noyabrın 25-də Məmməd Əhmədzadə səfir təyin edildiyi həmin beş dövlətdən geri çağırılıb.

2016-cı il yanvarın 12-də Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Həmin il mayın 2-də isə Azərbaycanın Malta və San-Marinodakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

2016-2022-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond yanında daimi nümayəndəsi olub.

2024-cü il dekabrın 20-də Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Avqust 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see274

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see193

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see192

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see191

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see183

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see182

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see181

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see180

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see180

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see180

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see179

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see179

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see176

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see175

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see174

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see172

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see171

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see171

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri