Icma.az
close
up
RU
Türkiyəyə yeni təyin olunan səfir kimdir? DOSYE

Türkiyəyə yeni təyin olunan səfir kimdir? DOSYE

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilən Rəşad Fəxrəddin oğlu Aslanov uzun illər diplomatik xidmətdə çalışmış peşəkar diplomatdır.

Bakıvaxtı.az xəbər verir ki, Rəşad Aslanov 2004–2008-ci illərdə Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyində üçüncü və ikinci katib, eyni zamanda BMT-nin Romada yerləşən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) yanında daimi nümayəndənin müavini vəzifələrində çalışıb.

2009–2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində birinci katib, daha sonra şöbə müdiri olub. 2011–2016-cı illərdə isə xarici işlər nazirinin köməkçisi, Nazirin Katibliyinin rəisi vəzifəsini icra edib.

Diplomatik fəaliyyətini səfir kimi davam etdirən Rəşad Aslanov 2016-cı ildə Azərbaycanın Argentinadakı Səfirliyində müvəqqəti işlər vəkili olub, daha sonra 2016–2022-ci illərdə Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. O, eyni zamanda Çili, Paraqvay, Boliviya və Uruqvayda da akkreditə olunmuş səfir kimi fəaliyyət göstərib.

2022-ci ildən etibarən Azərbaycanın İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olan Rəşad Aslanov, 2023-cü ildən həmçinin BMT-nin Romada yerləşən ixtisaslaşmış qurumları yanında daimi nümayəndə, eləcə də Malta və San Marino Respublikasında akkreditə olunmuş səfir kimi fəaliyyət göstərib.

Prezident İlham Əliyevin yeni sərəncamına əsasən, Rəşad Aslanov Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyul 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see251

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see245

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see239

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see235

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see235

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see231

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see230

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see230

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see230

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see210

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see209

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see208

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see203

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see200

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see196

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see196

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see194

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see184

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see172

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri