Icma.az
close
up
RU
Bu gün Ümumdünya Tütünlə Mübarizə Günüdür

Bu gün Ümumdünya Tütünlə Mübarizə Günüdür

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir.

BAKU.WS xəbər verir ki, həmin gün 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında təsis olunub. Həmin günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.

Statistikaya görə, hər il dünyada təxminən 8 milyon nəfər "tütün epidemiyası"nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv siqaret istifadəçiləridir. Onu da qeyd etməyə dəyər ki, siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Tütündən istifadə edilməsi ölümə aparan ən mühüm səbəblərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tütündən istifadə hazırda dünyada hər on nəfərdən birinin həyatına son qoyur. Bundan başqa, tütünçəkmənin təsiri nəticəsində 25-dən çox xəstəlik, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklər daha da ağırlaşır.

Aparılan sorğular nəticəsində məlum olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərlərindən xəbərsizdir. Siqaretin tərkibində olan nikotin zəif narkotik maddə sayılır və asılılıq yaradır. Hazırda bu asılılığın müxtəlif üsullarla müalicəsi var və hər bir yaşda ondan imtina etmək mümkündür.

2017-ci il dekabrın 1-də ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qəbul edilməsi və son illər onun icrası sahəsində görülən ardıcıl tədbirlər əhalinin sağlamlığının qorunması istiqamətində çox mühüm addımdır. Ona görə də ölkəmizdə tütündən istifadə edənlərin sayı ildən-ilə azalmağa doğru gedir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 May 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri